"Qarabağ"ın keçmiş futbolçusu: "Komandanı biz dağılmağa qoymadıq" - FOTOLAR

 

1951-ci ildə yaradılmış Ağdamın "Qarabağ" futbol klubu hazırda ölkəmizin ən güclü komandasıdır. Müstəqillik dövrümüzün futbol tarixində ilklərə imza atan "Qarabağ"ın çətin günləri də olub.

İlk olaraq "Məhsul" adı ilə təsis olunmuş komanda, 1987-ci ilə qədər 3 fərqli ad ilə çıxış edib. 1991-ci ilin 23 iyul tarixinə qədər "Qarabağ" ev oyunlarını Ağdam şəhərindəki İmarət Stadionunda keçirirdi. Ermənistan Silahlı Qüvvələri Ağdam şəhərini işğal etdikdən sonra Qarabağ ev oyunlarını bir müddət Quzanlı qəsəbəsində, indi isə paytaxtda, Bakıda keçirir.

1992-ci ildən Azərbaycan Premyer Liqasında mübarizə aparan klubun çətin günləri müharibə illərinə düşür. Ölkədəki vəziyyət kluba ciddi təsir edir. Təmsil etdiyi şəhərin erməni tərəfindən işğal edilməsi, klubun maddi imkanlarının olmaması "Qarabağ"ın dağılmasına gətirib çıxara bilərdi. Amma həmin illərdə fədakar futbolçular və rəhbərlik bunun qarşısı aldı.

Musavat.com saytının əməkdaşı həmin illərdə komandada çıxış edən, aylarla maaş almadan top qovan futbolçulardan biri ilə söhbətləşmək imkanı tapıb. Tərtər rayonunun Qapanlı kənd tam orta məktəbində idman müəllimi kimi işləyən Elfariz İsayev 1992-ci ildən 98-ci ilə qədər "Qarabağ" üçün formasını tərlədim. Yarımmüdafiəçi mövqeyində top qovan E.İsayevin yolunu oğlu Təbriz İsazadə davam etdirir.

Elfariz İsayev deyir ki, "Qarabağ"ın hər uğuru onu ikiqat sevindirir:"Ağdam işğal ediləndən sonra klub havada qaldı. Sponsor tapılmadı. Pulu olmayan komanda da vəziyyət gərgin olur. Orada oynayan uşaqların çox ağdamlı idi. Müşfiq Hüseynov, Səttar Əliyev, Elşad Əhmədov kimi yaxşı futbolçularımız var idi. Bizə təkliflər gəlirdi ki, başqa klublara keçək. Amma getmədik. Aylarla pulsuz oyuna oynadıq. Biz komandanı dağılmağa qoymadıq. Əgər bu uşaqlar və Adil Nadirov kimi adamlar olmasaydı komanda dağılmış olardı və indi biz uğurlarına baxıb, sevindiyimiz "Qarabağ" yox idi. 1998-ci ilə qədər "Qarabağ"da oynadım, çempion da olduq.

Sonradan "Turan"da, "Şəmkirdə" də oynadım. İki dəfə ciddi zədə aldım və əməliyyat olundum. Bununla da karyeramı bitirməli oldum. "Qarabağ"ın uğurlarını görəndə çox sevinirəm. Allah elə edib ki, Qurban Qurbanov kimi oğlan gəlib o kluba gəlib, komandanı irəli aparır. Hər dəfə komanda uğurlu çıxış edəndə hamıdan çox mən sevinirəm. Çünki "Qarabağ" mənim parçamdır. Hazırda da keçmiş komanda yoldaşlarımla əlaqə saxlayırıq. Münasibətlərimiz davam edir".

- Tərtər rayonu düşmənə yaxın bir yerdir. Qapanlı kəndi də tez-tez atəşə tutulur. Burada işləmək çətin deyil?

- Mən özüm Tərtər rayonundanam. 18 ildir bu məktəbdə də idman müəllimi kimi çalışıram. Erməni ilə məsafəmiz çox azdır. Alçaqlar kəndə atəş açanda məktəbdə uşaqlar narahat olur, qorxurlar. Amma dərslərimiz dayanmır, davam edir. Kənddə heç kim ermənidən qorxmur. Alışmışıq artıq. Sadəcə uşaqlara görə bir az narahatıq. Mənim də balaca uşağım var. Ermənilər atəş açanda televizorun səsini artırıram ki, uşaq silah səsini eşitməsin.

- Sizin yolunuzu davam etdirən varmı? Futbolçu biliyinizi hazırda istifadə edə bilirsiniz?

- Oğlum yolumu davam etdirir. "Qəbələ" futbol klubunun 17 yaşlılarında çıxış edir, komandanın kapitanıdır. Millimizin 17 yaşlılarında da çıxış edir. 11 yaşında 55 qol vurmuşdu. Bu kənddə yetişib, hazırda "Neftçi"nin əvəzedici heyətində, "İnter"də oynayan, "Qəbələ" futbol akademiyasında oxuyan uşaqlar var. Özüm futbol meneceri kimi bacarıqlı, istedadlı uşaqlara dəstək verirəm. Həmçinin "Ağsu" futbol komandasının aşağı yaş qruplarında məşqçi işləyirəm. AFFA sağ olsun, imkan yaratdı, boşda qalmadım.

Məhəmməd Türkmən, musavat.com,

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300