TRT telekanalının jurnalistlərinə iki ay həbs cəzası verilib

 

Türkiyənin TRT telekanalının əməkdaşları - Sinqapurdan olan operator Lau Hon Menq və Malayziyadan olan reportyor Mok Çoy Lin tərcüməçi və sürücü ilə birlikdə dron vasitəsilə çəkiliş etməklə hava aparatları barədə qanunu pozduqlarına görə iki ay müddətinə həbs cəzasına məhkum edilib.

 

"Report" "Reuters"ə istinadən xəbər verir ki, onlar oktybarın 27-də Türkiyənin "TRT World" telekanalı üçün sənədli film çəkilişi zamanı Mynamanın paytaxtı Neypidoda parlament binası yaxınlığında dronu havaya qaldırmaq istərkən həbs ediliblər.

Noyabrın 16-da dronların idxal-ixrac qaydalarının pozulmasına görə cərimənin ödənişini müəyyənləşdirmək məqsədi ilə yeni məhkəmə iclası keçiriləcək.

Qeyd edək ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Myanma ordusunu rohinca müsəlmanlarına qarşı soyqırımı törətməkdə günahlandırıb. Myanmada hərbi əməliyyatların başlamasından etibarən 600 mindən çox rohinca müsəlmanı qonşu Banqladeşə qaçıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300