Moskva
bazarlarından birində güclü yanğın baş verib
Rusiyanın paytaxtı Moskva şəhərinin şimal hissəsində, Beskudnikovsk rayonunda 450 kvadratmetr ərazidə bazar yanır.
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, güclü yanğın səbəbindən xilasedicilər 150 nəfəri təxliyyə ediblər.
İlkin məlumata görə, yanğın bazarın qazanxanasında başlayıb.