Azərbaycan şahmatçılarının mükafatlandırma mərasimi keçirilib -Fotolar

 

Yunanıstanın Krit adasındakı Avropa çempionatının ardından mükafatlandırma mərasimi keçirilib.

"Report"un məlumatına görə, yarışın qalibi olan Azərbaycan millisi çempionluq kubokuna sahib olub. Bundan başqa, yığma üzvləri fərdi mükafatlara layiq görülüb. Keçirdiyi 9 görüşdən 8 xal yığan Rauf Məmmədov dördüncü lövhədə qızıl medala sahib olub.

Şəhriyar Məmmədyarov birinci, Teymur Rəcəbov ikinci lövhədə gümüş medal alıb. Rəcəbov yarışdan dərhal sonra başqa bir turnirə yollandığından, onun medalını komandanın kapitanı və məşqçisi Eltac Səfərli götürüb.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi Rusiya ilə birgə 14 xal toplasa da, əlavə göstəricilərdə daha üstün olduğu üçün tarixində üçüncü dəfə qızıl medal qazanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300