"AzSığorta” pulu alıb sənədi vermir - Şikayət

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakultəsinin dekanı Vüqar Zifəroğlu "AzSığorta” ASC-dən şikayət edib

V.Zifəroğlu ödəniş etməsinə baxmayaraq, sənədlərini ala bilməməsindən şikayətçi olduğunu bildirib:

"Mən başa düşə bilmirəm! Bu "Azsığorta"nın bir başbiləni, işi normal idarə edəni yoxdur? Oktyabrın 14-də avtomobil sığortasının ödənişini etmişəm. Oktyabrın 17-dən də neçə dəfə zəng etmişəm ki, sığorta ilə bağlı sənədləri mənə verin. Hər dəfə zəng edəndə məni ələ salırlar. Müraciətimi güya qeydə alırlar! Amma sonra yenə də heç bir xəbər yoxdur! Belə də biabırçılıq olar? Rəhbərliyinin nömrəsini də tələb edirəm, verə bilməyəcəklərini deyirlər! Mən dərdimi kimə deyim? Budur bunların sığorta xidməti? Bunlar hər addımda belə bizimlə olurlar?”

"Azsığorta” ASC-dən Cebhe.info-ya isə sualımızı cavablandıra bilməyəcəklərini dedilər:

"Şənbə günü olduğundan rəhbərlikdən heç kim yoxdur. Siz İctimaiyyətlə Əlaqələr Şöbəsi ilə ancaq 1-ci gün əlaqə saxlaya bilərsiz. Biz ancaq sizin müraciətinizi qeydə alıb, rəhbərliyə təqdim edirik”. (Cebhe.info)



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300