VHP-nin qurultayı təxirə salınıb

 

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) növbəti qurultayı ertələnib.

VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli "Report”a deyib ki, partiyanın Bakının yeddi rayonunda olan təşkilatlarında konfranslar keçirilməyib: "Bundan başqa, partiyanın Gəncə, Şirvan, Sumqayıt və Naxçıvan Muxtar Respublikasındakı təşkilatlarında da konfranslar keçirilməlidir. Konfransların keçirilməməsinin səbəbi yerin olmaması ilə əlaqədardır. Konfranslar yekunlaşdıqdan sonra qurultayın günü növbəti dəfə təyin olunacaq”.

S.Əsədli qurultayın bu ilin sonu və ya növbəti ilin əvvəllərində keçiriləcəyini ehtimal edir.

Qeyd edək ki, partiyanın Siyasi Şurasının sentyabrın 15-də keçirilən iclasında qurultay noyabrın 24-nə təyin edilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300