ABŞ bu il hərbi kəşfiyyata 18,4 mlrd. dollar sərf edib

 

ABŞ 30 sentyabr 2017-ci il tarixində başa çatan maliyyə ilində hərbi kəşfiyyata 18,4 mlrd. dollar vəsait xərcləyib.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Cümə axşamı yayılan qısa bəyanatda bildirilir ki, hərbi kəşfiyyat proqramı, eləcə də, xarici əməliyyatların reallaşdırılması üçün ayrılan büdcə 18,4 mlrd. dollar təşkil edib.

Müdafiə nazirliyi qeyd edib ki, bu proqramın detalları və ya onun maliyyələşdirilməsi barədə heç bir əlavə məlumat olmayacaq.

Pentaqon iyunda ABŞ Konqresindən 2018-ci maliyyə ili üçün hərbi kəşfiyyata 20,7 mlrd. dollar istədiyini bəyan edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300