Rövşən Novruzov: «Məhkəmənin qərarı olduğu halda, mərkəz rəhbərliyi haqqım olan 2926 manatı ödəmək istəmir» 

Laçın rayonunun Pircahan kəndindən olan məcburi köçkün, 2-ci qrup hərbi əlil, Prezident təqaüdçüsü, ehtiyatda olan mayor Rövşən Novruzov Suraxın Sosial Müdafiə Mərkəzindən halalca pulunu ala bilmir. Bunu JAM.AZ-a elə sözügedən şəxsin özü bildirib.

O qeyd edir ki, ötən ilin 4 noyabrından etdiyi müraciətinə baxılmır. Onun sözlərinə görə, 18 il hərbi xidmətdə olub və xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. «Xəstəliyimlə əlaqədar ehtiyata buraxılmışam. 2013-cü ildə ordudan təxsis olunduqdan mənə verilmiş xəstəlik haqqında qərarda xidmət dövrü xəstəliklə qeyd olunub. Ötən il Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına müraciət etdim. Qərara düzəliş edərək orada «Hərbi travmadır, hərbi xidmət vəzifələrinə yerinə yetirərkən almışdır» sözlərini yazdılar».

Rövşən Novruzov bildirir ki, komissiyanın qərarını aldıqdan sonra Dövlət Tibbi Soial Ekspertiza və Reablitasiya Xidmətinə sənədlərini təqdim edib. «Suraxanı Əmək və Əhalinin Sosial Müdafəisi Mərkəzi tərəfindən mənə verilməli olan pul ödənilmir. Halbuki Prezident təqaüdçülərinə ayda 130 manat ayrılmalıdır və mənə ödənilməyən 2014-cü ilin martından 2015-ci ilin oktayabrına qədər olan 19 ay ərzində toplam 2926 manat verilməlidir». 

Lakin Suraxanı ƏSMM-i hərbi əlilə həmin pulu ödəməkdən imtina edir. Hətta bununla bağlı 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin qərarı belə var. «Suraxanı ƏSMM-i isə qərarı icra etmək yerinə, Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, müxtəlif bəhanələrlə həmin pulu ödəməkdən imtina edir. Həmçinin pensiyamın fərq məbləği barədə də məhkəməyə müraciət etmişəm vçə bunun qanuna uyğun olduğu qeyd olunub. Belə başa düşürəm ki, pensiya fərq məbləği təmin edilibsə, eyni vaxtda Prezident təqaüdünün ödənilməsi də qanuna ziddi deyil». 

Rövşən Novruzov sonda dövlət başçısı və əlaqədar qurumların rəhbərlərinə müraciət edərək, onlardan yardım istəyib. O ümid edir ki, müraciətinə müsbət reaksiya veriləcək və pozulmuş hüquqları bərpa olunacaq. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300