İraq parlamenti "sionist” simvollarından istifadəni kriminallaşdırdı

 

Kürdlərin müstəqilliyə dəstək nümayişlərində İsrail bayrağı sərgiləməsindən sonra İraq parlamenti İsrail bayrağını "sionist simvol” adlandıraraq qadağan edib.

"İctimai nümayişdə, media qarşısında sionist qurumun bayrağını dalğalandırmaqla İraq konstitutsiyasının təməl prisniplərini qıran təhlükəli fenomen üzə çıxıb,” deyə parlamentin spikeri Səlim əl-Cüburi deyib.

Nümayişdə, media qarşısında sionist qurumun bayrağını dalğalandırmaqla İraq konstitutsiyasının təməl prisniplərini qıran təhlükəli fenomen üzə çıxıb.
Cüburi əlavə edib ki, indən belə İraqda İsrail bayrağı qaldıranlara qarşı cinayət işi açılacaq.

Qanunu Şiə Ali İslam Şurası bloku təqdim edib, və sənəd yekdilliklə İraq parlamentinin başqa üzvləri tərəfindən dəstəklənib.

Qanun hüquq-mühafizə orqanlarına ictimai tədbirlərdə sionist simvolu sərgiləyən şəxslərə qarşı cinayət işi qaldırmağı əmr edir.

25 sentyabrda təşkil edilmiş müstəqillik referendumu ərəfəsində kürdlərin keçirdikləri nümayişlərdə tez-tez İsrail bayraqları gözə dəyirdi.

Həmin referendumda 92 faiz Kürdüstanın Bağdaddakı mərkəzi hökumətdən ayrılmaq təklifinə səs verdi.

Kürdüstan Regional Hökuməti (KRH) nümayişlərdə bayraq sərgilənməsini "spontan” adlandıraraq, olayın regional hökumətin mövqeyini əks etdirmədiyini bildirib.

İraq İsrail dövlətini rəsmən tanımadığından Bağdadla Tel-Əviv arasında diplomatik münasibətlər mövcud deyil ("Amerikanın səsi").

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300