Xərçəngi 1 saniyədə müəyyənləşdirən süni intellekt

Yaponiyalı alimlər bağırsaq xərçəngini 1 saniyədən daha az müddətdə müəyyənləşdirən süni intellekt cihazı hazırladıqlarını bildirib.

 

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 250 xəstədə olan şişlər bu cihaz vasitəsilə analiz edilib və onların bədxassəli olub-olmamaları 1 saniyədən daha az müddətdə müəyyənləşdirilib.

 

Yokohama Şova Universitetindən professor Yuiçi Mori bildirib ki, süni intellekt cihazı poliplərə kolonoskopiya zamanı optik biopsiya edir.

 

Sistemin istifadəyə verilməsi üçün hələlik rəsmi icazə alınmayıb, lakin gələcəkdə çox sayda xəstəni yanlış diaqnozdan və əməliyyatlardan xilas edəcəyi gözlənilir.

 

Varvik Universitetinin rəhbərliyi ilə çalışan bir qrup alim isə minlərlə insanın bədənindəki şiş və immun hüceyrələrindən ibarət məlumat bazası yaradır. Bununla müxtəlif növ xərçəngləri dərhal tanıyacaq alqoritmlər yaratmaq mümkün olacaq.

 

Gülşən, qaynarinfo.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300