Deputat oğlunun adı sirli qətl işində: 200 min davası, ağ rəngli İnfinti və …
 
Bir neçə gün əvvəl Qubada yerləşən "Retro” istirahət mərkəzində qətlə yetirilən Könül Zalova haqqında yeni faktlar məlum olub. 
 
Uluyol.info xəbər verir ki, criminal.az-a daxil olan məlumata görə Könül Zalovanın idarə etdiyi avtomobilin seriya nömrəsi tanınmış ailəyə məxsusdur. Könül Zalovaya məxsus ağ rəngli "İnfiniti FX 35” markalı, 10 OD 999 dövlət nömrə nişanlı avtomobilin nömrəsinin İlkin İsmayılovla əlaqəli olduğu iddia edilib. Həmçinin 999 və 888 seriya nömrələri yalnız bu ailəyə məxsus olduğu qeyd edilir.
Kapitan rütbəli İlkin İsmayılov Sumqayıt Şəhər Yol polisində imtahan-qeydiyyat şöbəsinin baş inspektorudur. İlkin İsmayılov Qubadlı-Zəngilan dairəsindən millət vəkili seçilən İmamverdi İsmayılovun oğludur. Bir müddət əvvəl İlkin İsmayılovun adı 888 nömrəsi ilə bağlı qalmaqalda hallanıb. Azad istehsalçılar Birliyinin sədri Eyyub Hüseynov bir il iki ay əvvəl əvvəl İlkin İsmayılovdan təşkilat üçün KİA Sorento markalı 90 FP 888 dövlət nömrə nişanı olan maşın alıb. Sonradan avtomobildə yaranan problemlə əlaqədar olaraq KİA servisə müraciət edərkən avtomobilin 14.10.2013-cü ildə servisdə 105800 km yürüşlə qeydiyyatda olduğu və onun üzərində çoxsaylı detal dəyişmə işləri aparıldığı məlum olub. 2014-cu ildə baş verən bu hadisə uzun müddət mətbuatın müzakirəsinə səbəb olub.
E.Hüseynov doğurdan da İ.İsmayılovdan aldığını və məsələyə atası İmamverdi İsmayılov qarışandan sonra həll edildiyini bildirdi. Məlumata görə, millət vəkilinin oğlu Sumqayıtda ən bahalı avtomobil nömrələrinin qara bazarda satışını həyata keçirirdiyi iddia edilir. Xəbər verdiyimiz kimi, Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Ancaq ailəsi ilə münasibətlərinin heç də yaxşı olmadığı iddi olunur. Könül Zalovanın 12-13 yaşlarında bir oğlan usagı da var. Asma xəstəliyindən əziyyət çəkən uşağın kimin yanında olması hələ ki məlum deyil.
Məlumata görə, K.Zalovanın Elməddin Əhmədovla uzun müddətdir münasibəti var. Qətlə səbəb onlar arasında pul üstündə yaranmış mübahisədir. K.Zalova onun 200 min manat pulunu mənimsəyib. Hadisə baş verən gün də pula görə dava ediblər və qətl baş verib. Cinayət işinin istintaqını aparan Quba rayon Prokurorluğunun müstəntiqi Elmar (soyadını dəqiqləşdirə bilmədik) işinin çox olduğunu əsas gətirərərək suallarımıza cavab vermədi.
Xatırladaq ki, 1978-ci il təvəllüdlü Könül Zalova 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən yanvarın 15-də qətlə yetirilib. 38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb. Araşdırmalar davam etdirilir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300