"Beşiktaş" "Monako" ilə bərabərə
qaldı - Video
Bu gün Çempionlar Liqasının qrup mərhələsində IV turun ikinci oyun gününün matçları keçirilir.
"Uluyol" axar.az-a istinadən xəbər verir ki, artıq bir görüş başa çatıb. Turnirdə ilk 3 oyunda maksimum nəticə göstərən "Beşiktaş" öz meydanında Fransa təmsilçisi "Monako" ilə görüşüb.
Qarşılaşma 1-1 hesabı ilə başa çatıb. Bu nəticə ilə xalını 10-a çatdıran "Beşiktaş" böyük ölçüdə növbəti mərhələyə vəsiqəni təmin edib.
Uluyol.az