"20 Yanvar” İctimai Birliyi Milli Qəhrəmanlarla bağlı yekun tədbirini keçirdi-FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "20 Yanvar” İctimai Birliyi bu gün "Yeniyetmə və gənclər arasında vətənpərvərlik təbliğatının aparılması məqsədi ilə tədbirlərin təşkili” layihəsininin yekun hesabat tədbirini həyata keçirib.

Qaziler.az bildirir ki, tədbirdə Azərbaycan Respublikası Prezident Administrasiyası, Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Bakı şəhər Gənclər və İdman Baş idarəsinin nümayəndələri, Milli qəhrəmanların ailə üzvləri, ehtiyatda olan zabitlər, bir sıra QHT sədrləri, eləcə də TV və media nümayəndələri iştirak ediblər.
Çıxışçılar "20 Yanvar” İB-nin layihə çərçivəsində həyata keçirdiyi tədbirləri və fəaliyyətləri qiymətləndirərək, bu tədbirlərin ictimai cə sosial əhəmiyyətinə toxunublar.
Milli qəhramanların tanıdılmasını və xatirələrinin yaşadılmasını planlayan layihə 3 ay müddətində Neftçala rayonunda və eyni zamanda Bakı şəhərinin Nəsimi və Suraxanı rayonlarında həyata keçirilib.
Layihə çərçivəsində 2016-cı il Aprel döyüşləri zamanı şəhid olmuş, ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı” adına layiq görülmüş Samid İmanov Gülağa oğlu, Qarabağ müharibəsi şəhidi, Milli qəhrəman Yusif Mirzəyev Vəli oğlu və Qarabağ müharibəsi şəhidi, Milli Qəhrəman Rafiq Alıcanov Cəfər oğlunun xatirəsinə həsr olunmuş tədbirlər təşkil olunub.
Layihə müddətində yeniyetmə və gənclərlə görüşlər keçirilib, vətənpərvərlik hisslərinin və vətən sevgisinin aşılanması yönümündə təbliğat və maarifləndirmə işləri aparılıb.
Qeyd edək ki, təşkilat olaraq 1990-ci ildən fəaliyyət göstərən "20 Yanvar” İctimai Birliyi bu istiqamətdəki tədbirlərin və çalışmaların intensiv təşkilatçı və iştirakçısıdır.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300