"Akula” Akifin daha bir adamı cinayət məsuliyyətinə cəlb oluna bilər

İş adamı Xəlil Göyüşovun keçmiş MTN rəhbərləriyinin himayəsində fəaliyyət göstərdiyi iddia edilir. Son 3 ayda ölkə gündəmini zəbt edən "MTN işi” məsələsinin yeni təfərrüatları ortaya çıxmaqda davam edir. Dövlətin bir çox qurumlarına uzanan bu mütəşəkkil dəstənin üzvülərinin bir hissəsi zərərsizləşdirilsə də, dövlətə və xalqa külli miqdarda ziyan vuran Mahmudovçu-Çovdarovçu dəstə ilə birlikdə çalışan onlarla, bəlkə də yüzlərlə şəxslər hələki rahatlıqla əvvəlki işlərini davam etdirməkdədirlər.

AzMedia.info-nun elektron poçtuna göndərilən məlumatda "MTN işi” ilə bağlı ölkədən qaçan "Akula” ləqəbli iş adamı Akif Mustafeyvin ortaqlarından birinin adı çəkilir. Həmin məlumatda adı çəkilən iş adamı isə vaxtı ilə oğlu əsgərlikdə ola-ola Bakı şəhərinin restoran-barlarında kef çəkən, gecələri avtoşluq etdiyinə görə gündəmə gələn Xəlil Göyüşovun olduğu iddia edilir.

AzMedia.info-ya daxil olan məlumatda bildirilir ki, "Körpü-Bina Tikinti” MMC-nin rəhbəri Xəlil Göyüşov sabiq MTN naziri Eldar Mahmudovun biznes sahəsində şəbəkəsini idarə edən və bir çox iş adamından MTN vasitəsi ilə xərac toplayan "Akula” Akiflə çox ciddi əlaqələrə və ortaqlığıa sahib olub. Belə ki, məlumata əsasən Xəlil Göyüşov paytaxt Bakıda və bölgələrdə "Körpü-Bina Tikinti” MMC-yə həvalə edilən çox milyonluq dövlət sifarişli layihələri məhz "Akula” Akif in sayəsində əldə edib. Həmin vəsaitlərin böyük bir hissəsi isə mütəşəkkil dəstə tərəfindən mənimsənilib. Böyük tenderlərin "udulmasını” və icra hakimiyyətləri ilə bazarlıqları Çovdarov həyata keçirsə də, vəsaitlərin nəqdləşdirilərək mənimsənilməsini isə toplayan "Akula” Akifin nəzarətində olan bir çox iş adamlarından biri də Xəlil Göyüşov olub. Mənimsənilən vəsaitlər isə doğurdan gözqamaşdırıcıdır.

Bundan başqa Xəlil Göyüşovla Akif Musatafyevin birlikdə tikinti biznesi işi ilə məşğul olduqları və Binəqədi rayon 7-ci və 8 ci mikrarayonlarda bir neçə hündürmərtəbəli binalar inşa etdiklərii deyilir. Xəlil Göyüşovun həyata keçirtdiyi tikinti işlərinin əksəriyyətinin arxasında məhz Akif Mustafayevlə sabiq nazir Eldar Mahmudovun olduğunu və buna görədə vaxtı ilə iş adamına Bakı şəhərinə "gözün üstə qaşın” var deyən olmadığı bildirilir.

Mənbənin bildirdiyinə görə Eldar Mahmudovun vəzifəsindən çıxarılmasından və Akif Mustafayevin ölkədən qaçmasındna sonra Xəlil Göyüşov sakit bir guşədə təşviş içində gözləməkdədir. Çünki "MTN işi” və Akif Mustafayevə açılan cinayət işində adının keçəcəyindən əmindir.

Onu da qeyd edək ki, bir müddət əvvəl dtv.az- hazırda Bakıda inşa edilən körpü və tunellərdə tikinti işlərini həyata keçirən «Körpü-Bina-Tikinti» MMC-də ilginc vəziyyət yaşandığı barədə məlumat yaymışdı. Məlumatda vurğulanırdı ki, X. Göyüşovun rəhbəri olduğu bu şirkət həmçinin digər böyük layihələrə də qatılıb. Amma görülən işlərin keyfiyyəti ilə yanaşı, ortada böyük məbləğlərdə pulların yeyildiyinə dair iddialarda var.

Xatırladaq ki, sözügedən «Körpü-Bina-Tikinti» MMC 2001-ci ildə təsis edilib 2004-cü ildən sonra milyonluq layihələrdə yer alıb. «Körpü-Bina-Tikinti» MMC-nin nəzdində Asfalt Zavodu, Balka sexi, Beton zavod, Çınqıl karxanası, Beton boru zavodu, Körpü istehsalat zavodu və Beton qovşaqları adlı istehsalat müəssisələri fəaliyyət göstərir.

Məlumatlarda vurğulanır ki, X. Göyüşov ölkənin ən varlı iş adamları arasında yer alır.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300