Genetika ilə bağlı İNANILMAZ KƏŞF

 

Alimlər insan DNT-nə müdaxilə edərək genetik yollarla ötürülən xəstəliklərin qarşısını ala biləcək yeni növ ferment kəşf ediblər.

 

Milli.Az xəbər verir ki, "Hovard Hughes" Tibb İnstitutundan olan tədqiqatçı David Liu və komandası insan DNT-i üzərində maraqlı eksperimentlər aparıblar. DNT tərkibində olan (Adenin*timin) maddəsinin (Guanin*sitozin) maddəsinə çevirməyin üsullarını axtaran mütəxəssislər, insanlarda aşkarlanan bir çox xəstəliklərin məhz bu maddələrin tərkibində əlaqəli şəkildə inkişaf edən 32 hüceyrənin mutasiyası ilə bağlı olduğunu iddia edirlər.

Daha əvvəl aparılan eksperimentlərdə (C*g) maddəsini ( T*a) maddəsi ilə əvəzləməyə nail olan alimlər, bu dəfə xəstəlik törədən mutasiyaların qarşısını almağa cəhd ediblər.

Bioloq Liu və komandası DNT-nin tərkibində olan fermentlərin, nukleotid cütlərin yerlərini dəyişdirmək üçün genləri ayıraraq ayrıca mayalandırıblar. Bu fermentlərin sintezi də ancaq DNT-dəki məlumatlar əsasında baş verir. Bir-birilə əlaqədar olduqlarına görə, çoxalmanın meydana gəlməsi üçün ikisi də eyni anda mövcud olmalıdır.

Alimlər bu prosesdə (ABE7.10) fermentini istifadə edərək həm insan, həm də bakteriya genlərində 50%-ə qədər mutasiyanın qarşısını almağa nail olub. Arzuolunmaz mutasiyalara səbəb olan ( A*t) əsas fermenti (G*c) cütü ilə əvəz edilib.

Liu araşdırmanın nəticələrinin insanların müalicəsində istifadə edilməsi üçün hələ tez olduğunu bildirib. Genetika sahəsində yeni cığırlar açacaq bu nəticələrin gələcəkdə daha da təkmilləşdirilərək tibb elminə daxil ediləcəyi gözlənilir. Bu o deməkdir ki, gələcəkdə DNT-yə müdaxilə edilərək mutasiyalar, xəstəliklər və digər arzuolunmaz halların ötürülməsinin qarşısını almaq mümkün olacaq. (publika.az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300