"Atletiko"nun baş məşqçisi komandasını "Qarabağ"dan gizlətməyə qərar verib

 

İspaniya "Atletiko”sunun baş məşqçisi Dieqo Simeone komandasını oktyabrın 31-də futbol üzrə Çempionlar Liqasının IV turu çərçivəsində qəbul edəcəkləri "Qarabağ” klubundan gizlətməyə qərar verib. "Report” AS-a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis oyunqabağı son məşqə matçın baş tutacağı "Metropolitano” stadionunda çıxmamağı məqsədəuyğun sayıb.

Madrid təmsilçisi oktyabrın 30-da Bakı vaxtı ilə saat 23:30-da start götürəcək son hazırlıq prosesini əvvəlki stadionunda - "Visente Kalderon”da gerçəkləşdirəcək. Lakin argentinalı baş məşqçi matçdan əvvəl jurnalistlərin suallarını "Atletiko"nun hazırkı arenası "Metropolitano”da cavablandıracaq. Həmçinin, "Qarabağ”ın son məşqi və Ağdam komandasının baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı da bu arenada gerçəkləşəcək.

"Atletiko” sonuncu dəfə "Visente Kalderon”da ötən mövsüm mayın 20-də "Atletik”lə La Liqa matçında üz-üzə gəlib.

Qeyd edək ki, "Qarabağ" da avrokuboklardakı əksər ev oyunlarından əvvəl son məşqlərini görüşün keçiriləcəyi stadionlarda deyil, öz təlim-məşq bazasında keçirir. Oyunqabağı məşqlərin ilk 15 dəqiqəsi açıq olur.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300