Və ya "Yarımçıq İsmayıl"ın Neftçala sərgüzəştləri

Manatın ikinci devalvasiyasından və neft qiymətlərinin kəskin ucuzlaşmasından sonra ölkədə ciddi problemlər yaranıb. Devalvasiyadan sonra qiymət artımı sosial etirazlara səbəb olub. Nəticədə bir çox rayonlarda etiraz aksiyaları keçirilir, dolanışıq səviyyəsi qəfildən aşağı düşmüş, dollar kreditlərini ödəməkdə çətinlik çəkən vətəndaşlar mövcud duruma etiraz edir.

Nə qədər qəribə olsa da, bəzi rayonlarda yerli icra oraqları etiraz aksiyalarının yaranmasına özləri rəvac verir. Xalqın problemləri ilə maraqlanmayan, yalnız öz maraqlarını güdən məmurlar insanları küçələrə çıxmağa sövqe edir. Bunlardan biri də Neftçalanın icra başçısı İsmayıl Vəliyevdir.

Ən gərgin vəziyyətin hökm sürdüyü rayonlardan biri məhz Neftçaladır. Həmişə sosial-iqtisadi problemlərdən əziyyət çəkmiş rayonda vəziyyət son dövrlər daha da pisləşib. Üstəlik icra başçısının "bazar qalmaqalı" yanan odun özürinə tökülmüş neft effekti verib. Xatırladaq ki, regionlarda baş verən etiraz aksiyaları da məhz Neftçaladan başlayıb.

Bir neçə gün əvvəl xəbər vermişdik ki, sakinlərlə icra başçısı İsmayıl Vəliyev arasında gərginlik baş verib. Belə ki, Neftçalada uzun illərdir balıq bazarı fəaliyyət göstərir. Amma İsmayıl Vəliyev rayona icra başçısı təyin edildikdən sonra özü üçün ikinci balıq bazarını açdırıb. Bu günlərdə isə köhnə balıq bazarında ticarətlə məşğul olan alverçilərə qarşı təzyiqlər başlayıb. Sakinlərin sözlərinə görə, İsmayıl Vəliyev balıq alverçilərini məcburi şəkildə öz bazarına gətirmək istəyir ki, gündəlik yer pulu yığsın. Buna görə, alverçilərə polis vasitəsi ilə təzyiq edirir, onları həbs olunmaqla hədələyir. Məlumata görə, bu gün balıq alverçiləri ilə İsmayıl Vəliyev arasında gərginlik yaranıb. Alverçilər halal çörəklərini qazanmalarına mane olan icra başçısına hücum edib. 

Əldə etdiyimiz məlumata görə, Neftçalada vəziyyət yenidən gərginləşib. Yenə problem icra başçısının balıq bazarıdır. İsmayıl Vəliyev bütün vasitələrdən istifadə edərək balıqçıları öz bazarına gətirməyə çalışır. O, hətta ticarətçilərə yer pulu almamağı da vəd edib. Amma hamı bunun sadəcə vəd naminə verilmiş bir söz olduğunu yaxşı başa düşür. İsmayıl Vəliyev balıqçıları bu yolla aldadıb, özü bazarına gətirmək və sonra istədiyini etmək niyyətindədir.

İcra başçısının köhnə bazarla bağlı əsas bəhanəsi orda anti-sanitariya vəziyyətinin hökm sürməsidir. Sakinlərin sözlərinə görə, bu da İsmayıl Vəliyevin planının tərkib hissəsidir. Belə ki, o, bu işlə məşğul olan idarələrə bazarda heç bir təmizlik aparmamaqla bağlı tapşırıq verib. Məqsəd orda anti-sanitariya vəziyyəti yaratmaqla balıqçıları qaçırmağa nail olmaqdır.

Rayon sakinləri bildirir ki, İsmayıl Vəliyev neftçalalıların heç bir problemi ilə maraqlanmır. 5-ci günlər icra başçısının qəbul günləri olsa da, 5 ildir rayona başçılıq edən başçı bu günə qədər heç bir sakini qəbul edib, şikayətini dinləməyib. Gördüyü bütün işləri yarımçıq qoyduğu üçün rayon sakinləri onu "Yarımçıq İsmayıl" adlandırır.

Neftçala ilə bağlı redaksiyamıza yeni məlumatlar daxil olub. Hazırda araşdırmalarımız davam edir. Növbəti yazılarda "Yarımçıq İsmayıl" ləqəbli icra başçısının Neftçala sərgüzəştləri barədə daha ətraflı məlumat verəcəyik...(qaynar.info)
 
 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300