Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı- FOTOLAR

 

Aşağıda fotolarını təqdim edəcəyimiz körpə 1 aylıqdır. Anadangəlmə kəskin ürək qüsuru diaqnozu qoyulub.

Musavat.com xəbər verir ki, AFN.az saytı Tovuz rayonu Vahidli kəndindən olan körpənin həyatının təhlükədə olduğu haqda elan-xəbər paylaşıb. Xəbərdə daha sonra deyilir: "bu uşaq 10 günlüyündən xəstəxanalardadır, bu səbəbdən hələ rəsmi adı qoyulmayıb. Körpənin ürəyində bir neçə dəfə cərrahi əməliyyat aparılmalıdır. Hazırda körpənin ürəyində olan qüsur səbəbindən bədəni 52 faiz oksigenlə təmin olunur, 2-3 ayından sonra oksigen azalmağa başlayacaq və həkimlərin rəyinə görə, bundan sonra körpə maksimum 6 ay yaşaya bilər. Olduqca ağır və riskli olan əməliyyatı Hərbi Hospitalın həkimləri üzərlərinə götürüb. Lakin əməliyyat üçün lazım olan 7800 manatı verməyə valideynlərin imkanı çatmır. Sosial şəbəkə və media vasitəsilə yardım kampaniyası başladılıb, təqdim ediləcək hesaba e-manat və milliön ödəmə mərkəzlərindən də ödəniş etmək mümkündür.

Əziz oxucular! Hər birinizdən bu yardım kampaniyasına qoşulmağı, körpə İgidə dəstək olmağı xahiş edirik. İgidin həyatının xilas olması sizlərin əlindədir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300