Ermənistanın baş naziri Karen Karapetyan öz əlaltısı don Piponun köməyi ilə kriminal avtoritetləri səfərbər edir.

Virtualaz.org bildirir ki, bu barədə "Jamanak" qəzeti yazıb.

"Baş nazir Karen Karapetyan 2018-ci ildə öz siyasi proqramlarını həyata keçirmək üçün erməni mənşəli Rusiya sahibkarlarını-kriminal avtoritetləri səfərbər etməyə cəhdlər göstərir. Kifayət qədər etibarlı mənbələrdən məlum olub ki, Ermənistan baş nazirinin maraqlarının müdafiəsi kimi "müqəddəs işi" Ruben Tatuyan (Robson) və Artur Asatryan (don Pipo) kimi məşhur kriminal avtoritetlər öz üzərlərinə götürüblər", - deyə nəşr vurğulayıb.

Qəzet həmçinin qeyd edir ki, Karen Karapetyanın lobbiçiliyini etməyə Rusiyadakı erməni diasporasının heç də bütün nümayəndələri hazır deyil. Belələrinin arasında Ara Abramyanın və "axalkalaki ermənilərinin lideri” Norik Tevanyanın adları hallanır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300