Türkiyə İraq Kürdüstanını referendumun nəticələrini ləğv etməyə çağırdı

 

İraqın kürd muxtariyyətində müstəqillik barədə referendumun nəticələrinin dondurulması önəmli addım olsa da, yetərsizdir, onu ləğv etmək lazımdır.

 

"Anadolu” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Məsud Barzanı (Şimali İraq lideri) geriyə addım atıb. Lakin referendumun nəticələrinin dondurulması yetərsizdir, onu tamamilə ləğv etmək vacibdir. Biz Barzaniyə belə məsuliyyətsiz hərəkətin nəyə gətirib çıxaracağını dostcasına demişdik. İndi isə bəzi tədbirlərə əl atmağa məcburuq. Sərhəddəki buraxılış məntəqələrində nəzarətin ələ alınması üçün İraq hökuməti ilə razılığa gəlmişik. Hazırda onlar bu işlə məşğuldurlar”, - deyə Çavuşoğlu əlavə edib.

Sərhəd nəzarətində Türkiyənin tərəfdaşının mərkəzi hökumət olduğunu deyən Çavuşoğlu mübahisəli Kərkük bölgəsindəki neft yataqlarının da Bağdadın idarəsinə keçdiyini, onların nefti Türkiyə üzərindən dünyaya ixrac etmək istədiklərini və bu sahədə əməkdaşlığı artacağını vurğulayıb.

Xatırladaq ki, oktyabrın 25-də İraq Kürdüstanının regional hökuməti böhranın həlli üçün Bağdada dialoq təklif edərək referendumun nəticələrini və regionun müstəqilliyinin elan olunması prosesini dondurmağa hazır olduqlarını bildirib. İraqın Baş naziri Heydər əl-Abadi isə buna cavab olaraq ölkəsinin yalnız referendumun nəticələrinin tam ləğvi ilə razılaşacağını qeyd edib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300