İcra başçıları təcili Bakıya çağrıldılar - Fövqəladə toplantı

Rayon icra hakimiyyətlərinin başçıların təcili Bakıya çağrılıb. Bu gün Prezidentin Administrasiyası rəhbərliyinin iştirakı fövqəladə toplantı keçiriləcək.

Bu barədə istiqlal.az-a hakimiyyətdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin sözlərinə görə, toplantıda devalvasiyadan sonrakı durum müzakirə olunacaq və yeni reallıqlarla bağlı icra başçıları təlimatlandırılacaq: "Regonlardakı mütəmadi xarakter alan devalvasiya əleyhinə etiraz aksiyaları hakimiyyətin üst qatında ciddi narahatlıq yaradıb. Ona görə də hakimiyyət qabaqlayıcı tədbirlər görməyə qərar verib.”

Mənbənin sözlərinə görə, hazırda iqtisadi və sosial reallıqlar dəyişdiyindən yeni təlimatlara ehtiyac yaranıb: "Əvəllki idarəetmə metodlar indiki şəraitə yararlı deyil. Standartları dəyişmək vaxtıdır. İndi icra hakimiyyəti daha çox əhali ilə ünsiyyətdə olmalı və şikayətlərə həssas yanaşmalıdırlar. Toplantının məqsədi də bu durumu icra başçılarına izah etməkdir.”

Yaxınlarda bir necə icra başçısının işdən çıxarılmasını istisna etməyən mənbə bildirir ki, təkcə kadrlar yox, idarəetmə qaydaları da dəyişməlidir.

Yada salaq ki, son həftədə Lənkəran, Beyləqan, Füzuli, Quba, Ucar və başqa rayonlarda devalvasiya əleyhinə etiraz aksiyaları keçirilib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300