Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?

 

Tərtər DYP rəisinin işyarıtmazlığı və onun qohum bağlarından yüksək dərəcədə yararlanması Tərtər rayon əhalisinə baha başa gəlməkdədir.

 Azbaku.info xəbər verir ki, Bakıda icrata verilməmiş əmrləri icra etdirən DYP rəisi Müşfiq Əliyev qaynatasının və yeznəsinin DİN-i tərəfindən cəzalandırıldığını unudaraq onların iş prinsipləri ilə fəaliyyət göstərdiyi açıq aşkar görünməkdədir. Belə ki tərətr sakinlərinin qəniminə çevrilən ispektorlar avtomobil saxlamasına qanunsuz irad tutaraq vətəndaşları 40 manatdan 60 manata qədər cərimə etmələri dözülməz hədə çatmışdır. Ramiz Zeynalovun məsələyə müdaxilə edə bilməməsi və yerli qurumların bu qədər özbaşınalığı hardan necə qaynaqlanması isə müəmma doğurmamaqdadır.

Saxta diplomla hərbidən yayınması halının olduğu iddiası medianın gündəmindən çıxmamış DYP rəisi yenidən gündəmi zəbt etməyə müvəffəq olub. Belə ki, bir müddət əvvəl qaynarxeber.info bu barədə məlumat yaymışdı. Bütün saytlarda istinadla həmin yazını dərc etmişdir.

Xatırladaq ki, 20 fevral 2017-ci il tarixində DİN Ramil Usubovun əmri ilə polis kapitanı Müşfiq Əliyev Tərtər Rayon Dövlət Yol Polisi Bölməsinə rəis təyin edilib. M.Əliyev bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin qəzalar üzrə baş inspektoru vəzifəsində çalışıb. O, 2015-ci ildə mətbuatın gündəmini zəbt edən avtomobil qəzasını araşdıran inspektor olub.

Bu şəxsin ani şəkildə parlayan ulduzu göründüyü kimi nəqliyat hadisələrini araşdıran inspektorluqdan deyil hansısa qohumluq bağlarının səmərəli istifadəsi nəticəsində vəzifə almağı nail olduğundan xəbər verir. Tərtər ərazisində bütün qanunsuzluqları edən Tərtər DYP rəisindən əmr aldığını və vətəndaşın bacardığı yerə qədər şikayət edə biləcəyini vurğulaması da umummillikdə DYP rəisinin heç kəsdən qorxusunun olmaması, özündən vəzifəcə yüksək şəxslərə qarşı göstərdiyi hörmətsizlikdən irəli gəlməkdədir. Rəis təyin edildiyi gündən rayonunaltını üstünə gətirərək imkanlarını genişləndirən M.Əliyev ən çox imkanları isə atası Eldəniz Əliyevin adı altında yerləşdirmişdir. İddiaya görə xaricdə mülk sahibi olan M.Əliyev həm Tərtərdə həmdə bakıda bahalı mülklərin sahibi kimidə tanınmaqdadır. Həftənin 6 günün rayonda hər bazar günü isə Paytaxtda günün keçirən M.Əliyev hasan yollarla qazandığı pulların Bakıda kapital halına salmaq üçün səfər etməkdədir.

Redaksiyadan: yazıda adı keçən şəxs və ya qurumun münasibətini dinləməyə hazırıq.//AzBaku.info

 

Tərtər əhalisinə qənim kəsilən DYP rəisi Müşfiq Əliyev - Nazirin etimadını doğrultmur...?

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300