Türkiyədə Meral Akşenerin liderliyi ilə yeni siyasi partiya qurulub

 

 

Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin başçılığı ilə yeni siyasi partiyanın qurulduğu elan olunub.


APA-nın "Hürriyet”ə istinadən verdiyi məlumata görə, M. Akşener bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə gedərək partiyanın quruluş sənədlərini nazirliyin rəsmi şəxslərinə təqdim edib.

Yeni partiyanın adı "İyi Parti” (Yaxşı Partiya) olacaq. Partiyanın sloqanı belədir: "Türkiye iyi olacak”.

Yeni partiyanın qurucuları arasında müxtəlif ideoloji istiqamətləri təmsil edən tanınmış şəxslər var. Onların arasında keçmiş nazirlər Suat Çağlayan, Aydın Tümən, Ahat Andican, Abdülkadir Akçan, Ayfer Yılmaz, Türkiyə Jandarma Qüvvələrinin keçmiş komandan müavini, istefada olan general Əli Lapanta, 1996-cı ildə Türkiyə ilə Yunanıstanı müharibənin astanasına gətirən Egey dənizindəki kiçik Kardak adası ilə bağlı gərginlik zamanı adaya çıxaraq oraya türk bayrağı sancan Hərbi Dəniz Qüvvələrinin keçmiş xüsusi təyinatlısı, istefada olan polkovnik Əli Türkşən, Mərkəzi Bankın keçmiş müdiri Durmuş Yılmaz, Aşıq Veysəlin nəvəsi Çiğdəm Özər, eləcə də ilk gündən Meral Akşenerlə birlikdə partiya quruculuğunda iştirak edən millət vəkilləri Ümit Özdağ, Yusuf Halaçoğlu, vaxtilə MHP-nin liderlərindən biri olan Koray Aydın kimi tanımış simalar yer alıb.

Qurucular arasında daha bir maraqlı sima erməni əsilli türk millətçisi, İstanbulda quru təmizləmə işi ilə məşğul olan Elmas Giraqos adlı şəxsdir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300