Müsavat BŞİH-nin qarşısında piket keçirəcək

 

Müsavat Partiyasının Mətbuat Xidmətindən "Basta” ya verilən məlumata görə bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı görülən işlər və qərarların icrası barədə məlumat verib.

17 oktyabrda Müstəqillik günü münasibəti ilə keçirilən tədbir, 18 oktyabrda milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi, 21 oktyabrda keçirilən Müsavat Məclisinin növbəti toplantısı müzakirə olunub. Keçirilən tədbirlər haqqında ətraflı fikir mübadiləsi aparılıb. Tədbirlərin təşkili və müsavatçıların iştirakı qənaətbəxş qiymətləndirilib.

Müsavat başqanı Arif Hacılı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Müsavat Partiyasının keçirəcəyi tədbirlər planı haqqında məlumat verib. Müzakirələrdə Divan üzvləri öz təkliflərini səsləndirib.
Bakı şəhər İcra Hakimiyyətinin Müsavat Partiyasının planlaşdırdığı yürüşə qanunsuz qadağa qoyması, bu qadağaya qarşı hüquqi və siyasi addımların atılması müzakirə olunub.

3 noyabr 2017-ci il tarixdə Bakı şəhəri İcra Hakimiyyəti binası qarşısında etiraz piketinin keçirilməsi barədə qərar qəbul olunub.

Son günlər bəzi vəkillərin öz peşə borclarını yerinə yetirərkən üzləşdikləri maneələrə münasibət bildirilib. Vəkillər – Nemət Kərimli və Elçin Sadıqova öz müvəkkilləri ilə görüşərkən Bakı 1 saylı İstintaq təcridxanası əməkdaşları tərəfindən edilən təzyiqlər, onların öz müvəkkilləri ilə münasibətlərindəki gizlilik prinsipinin pozulması Divan tərəfindən pislənilib.

Müsavat Divanı eyni zamanda vəkil Aslan İsmayılova qarşı qaldırılmış cinayət işinin ifadə azadlığına qarşı qisasçılıq kimi qiymətləndirib.
Sonda cari məsələlərə baxılıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300