ilqar mememdiMüsavat Partiyası ReAl Vətəndaş Hərəkatının sədri İlqar Məmmədova qarşı fiziki təzyiqləri pisləyən bəyanat yayıb.

ilqar mememdi"Basta”ya daxil olan bəyanatda qeyd edilir ki, oktyabrın 16-da ReAl Vətəndaş Hərəkatının rəhbəri İlqar Məmmədova qarşı saxlanıldığı 2 saylı Cəzaçəkmə Müəssisəsində zorakılıq törədilib.
"Vəkilinin yaydığı məlumata görə, müəssisənin rəhbərliyinin göstərişi və təşkilatçılığı ilə İlqar Məmmədovun döyülməsi hadisəsi baş verib.
İlqar Məmmədovun "İsmayıllı işi” adlı uydurma cinayət işi ilə əlaqədar günahsız həbs edilməsi yerli və beynəlxalq ictimaiyyətə tam aydındır. Onun təqsirsizliyi Avropa İnsan Haqqları Məhkəməsinin qərarı ilə təsdiq edilib.
Müsavat Partiyası heç bir günahı olmadığı halda, hakimiyyətin siyasi sifarişinə əsasən həbs edilən, "dərhal azad edilməsi” haqda AİHM-nin qərarına rəğmən yenə də eyni sifarişlə qanunsuz olaraq həbsdə saxlanılan İlqar Məmmədova qarşı təzyiqlərə son qoyulmasını, ona qarşı qanunsuz hərəkətlərə yol verən və buna şərait yaradan şəxslərin məsuliyyətə cəlb edilməsini, İlqar Məmmədovun azadlığa buraxılmasını tələb edir”, - deyə bəyanatda qeyd edilir.


Bastainfo.com

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300