SDU-nun rektoru 151 min manatı neyləyib?
Elxan Hüseynovun mətbəə xərclərini iki dəfədən çox şişirtməsinin sirri varmış 

Bir neçə gün əvvəl Sumqayıt Dövlət Universitetinin (SDU) adı tələbə qızın özünü öldürməsi ilə yenidən gündəmə gəldi.Demokratiya.info xəbər verir ki, 1-ci kurs tələbəsi olan Rumiyyə Qasımovanın intihar etməsinə səbəb ondan imtahan üçün pul tələb olunması olub. Bunu valiydenləri açıqlayıb və bildiriblər ki, pul vermədiyi üçün Rumiyyəni imtahandan kəsiblər və o da dözməyib, özünə qəsd edib. 

Amma Rumiyyə Qasımova olayından az əvvəl Demokratiya.infobaşqa bir məsələ barəsində də məlumat yaymışdı. Həmin məlumatda vurğulanırdı ki, SDU-nun tələbəsi olan gənc qız ondan imtahanlar üçün tələb olunan pulu ödəmək məcburiyyətində qalıb. Kirayədə yaşayan qız kirayə haqqını imtahan üçün verdiyindən hazırda küçələrdə gecələməli olur. 

Lakin bütün bu deyilənlər rektor Elxan Hüseynov üçün əhəmiyyətli məsələ sayılmır. Çünki SDU-da hazırda da tələbələrdən pul yığılması hallarının davam etdiyi deyilir. Elə bu səbəbdəndir ki, faktiki olaraq dövlət büdcəsindən ayrılan vəsaitlərin də təyinatından kənar xərcləndiyi iddiaları var. 

Demokratiya.info-nun araşdırmalarına görə, Sumqayıt Dövlət Universitinə təkcə ötən il ərzində müxtəlif xərcləri qarşılamaq məqsədi ilə 151 min manat pul ayrılıb. Həmin pulun 19946 manatı mətbəə xərclərinin satın alınmasına xərcləndiyi sənəd üzərində qeyd edilsə də, əslində, bu məbləğin heç yarısı təyinatı üzrə sərf olunmayıb. 

Amma rektor Elxan Hüseynovun nəfsi daş yardığından bununla da kifayətlənməyib. O mətbəə xərcləri üçün ayrılmış 20 min manata yaxın vəsaitidən əlavə, eyni təyinat üzrə daha 35 min manatlıq pul ayrılması üçün məsələ qaldırıb və istəyinə də nail olub. Maraqlıdır ki, SDU hər il hansı həcmdə mətbəə işləri gördürür ki, bunun üçün 55 min manat xərcləyir? Aydın məsələdir ki, bu, pul silmək üçün optimal yollardan biridir və rektor da onu yaxşı bilir. 

Məlum olub ki, o, dəftərxana xərclərini də şişirdərək 28 min manata çatdırıb. Digər maşın və avadanlıqların alınması üçün 48340 manatın sərf edildiyi sənədləşdirilsə də, SDU-nun labaratoriya və emalatxanalarının durumunun hansı vəziyyətdə olduğunu bilməyən yoxdur. 

SDU-ya idarə xərcləri üçün ayrılmış 19983 manatın da aqibəti məlum deyil. Və bu pulların rektora getdiyi iddia olunur. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300