Adil Məmmədovun  "Polad"  şirkəti ilə 400 minlik sövdələşməsi 

 

Qobustan camaatı  susuzluqdan əziyyət  çəkdiyi, bir maşın suya 25 manat  verdiyi  halda   rayonun icra başçısı Adil Məmmədovun Cəngidəki fermasındakı mal-qaranın  "suda  üzməsi" barədə mətbuatda çox yazılıb. İcra başçısı hətta  rayonun abadlığı üçün büdcədən ayrılan  370 min manat pulu mənimsəyərək rayondakı idarə rəislərinə  hasar çəkdirir.  NUH.az-a məlumat verən  mənbə bildirdi ki,  rayonun Cəngi qəsəbəsində Bakı-Şamaxı yolunun kənarında çəkilmiş 1 kilometr uzunluğunda hasar, icra başçısı Adil Məmmədova 370 min manat xeyir gətirib. Və icra başçısı  1 km uzunluğunda hasarı  rayondakı idarələr arasında aşağıdakı qaydada bölüşdürülüb:

1. Təhsil şöbəsi – 200 metr,

2. Mədəniyyət şöbəsi – 200 metr,

3. Dövlət Sosial Müdafiə Fondu – 100 metr,

4. Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi – 100 metr,

5. Qaz idarəsi – 100 metr,

6. Su idarəsi – 100 metr,

7. Baytarlıq idarəsi – 100 metr,

8. Məşğulluq idarəsi – 100 metr.

Mənbə NUH.az-a onu da bildirdi ki, icra başçısı rayonun şəhidlər  xiyabanının üst tərəfində  sakinlərin istirahəti üçün nəzərdə tutulmuş  parkı  ləğv edərək özü üçün  3 mərtəbəli villa tikdirib. Rayondakı idarə rəislərinin hamısı  bu tikintiyə pul köçürüb. Mənbəmiz onu da bildirir ki, əgər Maliyyə nazirliyi yoxlama aparsa bu faktlar ortaya çıxar. İcra başçısı rayon ərazisində   min  hektrala torpaq  ələ keçirərək taxıl əkdirir. Adil Məmmədovun  rayonun  Ərəbqədim, Xilmilli, Poladlı, Cəmcəmli və digər kəndlərində  otlaq sahələri var. Rayonun Baytarlıq idarəsinin rəisi  ancaq başçının mal-qarasına qulluq edir. 

Növbəti yazıda icra başçısının "Polad" şirkəti ilə  400 minlik sövdələşməsindən bəhs edəcəyik. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

 

ULUYOL.İNFO


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300