"Sabah"ın baş redaktoru qalmaqallı "Qarabağ" xəbəri haqda danışdı

 

"Qarabağ" - "Atletiko" oyununda azarkeşlərin hazırladığı plakat dünya mediasının diqqətini cəlb edib.

Bu foto ilə bağlı Türkiyənin ən nüfuzlu qəzetlərindən olan "Sabah" qəzeti "Ezik kareoqrafi" başlığı ilə xəbər yayımlayıb. Xəbərin müəllifi Mevlüt Tezel adlı köşə yazarı olub. Bu yazı ölkəmizdə geniş rezonans doğurub və yazar kəskin tənqid olunub.

Azxeber.com məsələ ilə bağlı sabah.com.tr saytının baş redaktoru İsa Tatlıcan ilə əlaqə saxlayıb. O deyib ki, yazı saytdan silinib: "Bu yazı köşə yazarının şəxsi fikirləri idi və tənqidlərdən sonra saytımızdan silinib".

O eyni zamanda yazarla bağlı deyib ki, özü geniş açıqlama verəcək: "Biz köşələrə qarışmırıq. Mevlut Tezel özü geniş açıqlama verəcək. Onun yerinə danışmağım düzgün olmaz"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300