İraq hərbçiləri Kərkükdə kürdlərin əlindəki sonuncu şəhəri nəzarətə götürüb

 

İraqın hökumət qüvvələri Kərkük əyalətinin kürdlərin əlində olan sonuncu şəhərini nəzarətə götürüb.

"Azərtac" TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İraqın federal polis qüvvələri və xüsusi təyinatlı antiterror dəstələri əyalətin şimalında yerləşən Altunköprü yaşayış məntəqəsinə daxil olub.

Şəhərin girişində kürdlərin "peşmərgə” qüvvələri ilə İraq ordusu arasında silahlı toqquşmanın baş verdiyi bildirilir. Lakin ölkənin güc strukturları bu xəbəri təkzib edib.

Xatırladaq ki, oktyabrın 16-da İraqın Baş naziri Heydər əl-Əbadi Kürdüstanla mübahisəli regionlarda, o cümlədən muxtariyyətin tərkibinə daxil olmayan Kərkükdə təhlükəsizliyin və sabitliyin bərpa olunması üzrə kampaniyanın başlamasına göstəriş verib. Burada vəziyyət Kərkükün birtərəfli qaydada qoşulduğu muxtariyyətin müstəqilliyi barədə referendumdan sonra gərginləşib.

"Peşmərgə” Kərkükdən çıxdığı üçün İraq ordusu bir sutkadan da az müddət ərzində şəhər və onun ətraf rayonları üzərində nəzarətə yiyələnə bilib. Həmçinin vilayətdəki bütün neft yataqları və infrastrukturu da hökumət qüvvələrinin nəzarətinə keçib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300