Azərbaycan idmançıları olimpiadadan kənarda qala bilər

 

Azərbaycan 2018-ci il Qış Olimpiya Oyunlarından kənarda qala bilər. Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib.


Onun sözlərinə görə, indiyədək heç bir idmançı olimpiadaya lisenziya qazanmayıb: "Çox istədik, çox çalışdıq ki, heç olmasa, bir-iki idmançımız qatılsın. Hələlik bir nəfər də lizenziya qazanan idmançımız yoxdur. Qış idman növlərində həqiqətən də böyük problemlər yaşayırıq".

Nazirin fikrincə, iki Dağ-Xizək Kompleksi olan ölkədə heç olmasa, bir dağ xizəkçisi yetişdirilməlidir: "Bunun üzərində düşünür və çalışırıq ki, nə isə edək".

Qeyd edək ki, Qış Olimpiya Oyunları gələn ilin 9 - 25 fevralında Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. Hazırda Qusarda "Şahdağ” Qış-Yay Turizm, Qəbələdə "Tufan” Dağ-Xizək Qış-Yay İstirahət Mərkəzi fəaliyyət göstərir.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300