Çirkab sular 600 nəfərin sağlamlığına qənim kəsilib
 
"Bu iki binada azı 600 nəfər yaşayır. İkisinin də zirzəmisi çirkab sularla doludur. Elə ki, bir az səs salırıq, tez gəlib, suları çəkib küçəyə töküb gedirlər. Bununla da işlərini bitmiş hesab edirlər. Bir azdan zirzəmilər yenə su ilə dolur”.

Bunu "Azadlıq Radiosu"na Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsindəki 30 saylı binanın sakini Telman Bayramov deyir. Onun sözlərinə görə, bir-birinə qonşu olan 30 və 41 saylı binaların sakinləri illərdir ki, eyni problemdən əziyyət çəkir.

Eyni binanın sakini Fərman Axundov deyir, kommunal xətlərin köhnəliyi çoxdandır ki, özünü göstərməyə başlasa da, tədbir görən yoxdur: "Kanalizasiya xətləri çürükdür, istismar müddəti çoxdan başa çatıb. Təzələmirlər... Nəticədə binaların zirzəmiləri tez-tez çirkab sularla dolur, həyətdən keçmək olmur. Əsasən də yayda vəziyyət lap acınacaqlı olur. Üfunətdən həyətdə otura bilmirik”.

Ancaq problem təkcə üfunət deyil. Zirzəmi suları binalardakı mənzilləri də qəzalı hala salır. Məsələn, 41 saylı binanın 1-ci mərtəbəsində yaşayan İradə Axundova evini hər il təmir etməli olur. Amma: "Amma təmir də mənasızdır. Bu tərəfdən pul töküb təmir edirik, o biri tərəfdən divarlar yenə nəm çəkir. Nəmişlik otaqların tavanına qədər çıxır. Evdən rütubət iyi çəkilmir. Pulumuz da, canımız da əldən gedir”.

Sakinlər kanalizasiya sularının zirzəmiyə axması ilə bağlı dəfələrlə Binəqədi rayon icra hakimiyyətinə, kanalizasiya idarəsinə, ərazi üzrə MİS-ə müraciət etdiklərini deyirlər. Hər dəfə də kanalizasiya idarəsindən gəlib zirzəminin suyunu çəkib, çölə töküb gedirlər. Ancaq bu, vəziyyətdən çıxış yolu deyil. Sakinlər problemin kökündən həll olunmasını istəyirlər.

Binəqədi rayon icra hakimiyyətindən bildiriblər ki, hər iki binadakı vəziyyətlə bağlı "Azərsu” ASC-nin Binəqədi rayon Su Kanal İdarəsinə müraciət ediblər.

İdarədən isə bildiriblər ki, həmin binalar Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin balansındadır.

Komitədən isə bunu təkzib ediblər. Binanın onlara aidiyyatı olmadığını bildiriblər.

İki binanın 600 sakininin rahatlığını kim təmin edəcək, indi bina sakinləri bunu aydınlaşdırmaqla məşğuldurlar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300