Müsavat qarşıdurmaya getmədi,  yürüş təxirə salındı

Müsavat Partiyası oktyabrın 21-nə təyin olunan yürüşlə bağlı açıqlama yayıb. Partiyanın mətbuat xidmətindən "Basta”ya təqdim olunan açıqlamada deyilir:

"Bakı şəhəri İcra Hakimiyyəti Müsavat Partiyasının oktyabrın 21-də yürüş keçirmək barədə müraciətinə cavab olaraq, aksiyanın keçirilməsinə qadağa qoyub.

İcra Hakimiyyəti Bakı şəhərində nəqliyyatın sayının artmasını, aksiyanın nəqliyyatın və piyadaların hərəkətinə mane olacağı ehtimalını bəhanə gətirib. İcra Hakimiyyətinin belə cavabı sərbəst toplaşmaq azadlığının formalarından biri olan yürüş və nümayişlərin birdəfəlik qadağan olunması kimi qiymətləndirilməlidir. Bu, ölkə Konstitusiyasının və "Sərbəst Toplaşmaq Azadlığı Haqqında Qanun” un kobud şəkildə pozulmasıdır.

Bu qərar eləcə də ölkə başçısı İlham Əliyevin bu günlərdə mötəbər bir tədbirdə söylədiyi "Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunur” fikrinin əsassız olduğunu təsdiqidir. Müxtəlif idman yarışları və digər tədbirlər keçirilərkən nəqliyyatın hərəkətinə günlərlə tətbiq edilən məhdudiyyətlər də sübut edir ki, yürüş qadağası ilə hakimiyyət paytaxt sakinlərinin deyil, özünün antidemokratik maraqlarından çıxış edir, rəqiblərinin siyasi fəaliyyət imkanlarını məhdudlaşdırmaq siyasətini davam etdirir.

Müsavat Partiyası Bakı Şəhər İcra Hakimiyyətinin qərarını qanunsuz və əsassız hesab edir.

Müsavat Partiyası:

– ölkədəki situasiyanı analiz edərək;

– indiki dövrdə razılaşdırılmamış aksiya keçirilməsinin hakimiyyət tərəfindən cəmiyyətdə xofun dərinləşdirilməsi üçün zor tətbiqinə şərait yaradacağını nəzərə alaraq;

– bunun demokratik düşərgənin mənafeyini əks etdirmədiyi qənaətinə gələrək;

oktyabrın 21-də yürüş keçirilməyəcəyini, sərbəst toplaşmaq azadlığı uğrunda mübarizəsini bundan sonra da hüquqi və siyasi müstəvidə davam etdirəcəyini bəyan edir”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300