Azərbaycan XİN-dən Ermənistan rəhbərliyinə məsləhət:"...BMT TŞ-nın qətnamələrini oxuyun

 

"BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələrini oxumaq Ermənistan rəhbərliyi üçün faydalı olardı".


Bu sözləri APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın 4-cü Avropa erməniləri konfransında Qarabağın Azərbaycana məxsus olmaması ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

H. Hacıyev bildirib ki, sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalını pisləyib, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını təsdiq edib və işğalçı qüvvələrin dərhal, tam, qeyd-şərtsiz çıxarılmasını tələb edib: "Qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu bir daha təsbit olunub. Ermənistan xarici işlər nazirinin isə bu cəfəngiyatı təkrarlamaması və heç olmasa, peşəkar şəkildə davranmağa cəhd göstərməsi onun özü üçün yaxşı olardı. Təəssüf edirik ki, Ermənistan tərəfindən yürüdülən bu məqsədyönlü və qərəzli savadsızlıq danışıqlar üçün mənfi təcrübə yaratmaqla bərabər, Ermənistan vətəndaşlarını və diaspora ermənilərini çaşqın vəziyyətə salır”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300