SEPAH: İran ballistik raketlərini inkişaf etdirəcək
İran ballistik raketlərin hazırlanması proqramını inkişaf etdirəcək.
Axar.az xəbər verir ki, bu barədə bəyanatı İran İslam İnqilabı Keşikçiləri Korpusu yayıb.
"İran ballistik raketlərin hazırlanması proqramını inkişaf etdirəcək. ABŞ və Avropa Birliyinin təzyiqləri buna mane ola bilməyəcək”, – bəyanatda bildirilib.