Türkiyədən "Qarabağ" - "Atletiko" matçındakı epizoda şərh:"Yüz faiz penaltidir!"

 

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən "Qarabağ” – "Atletiko” (0:0) matçının 74-cü dəqiqəsində matçın baş hakimi Ruddi Bukenin qonaqların qapısına penalti təyin etməməsi müzakirələrə səbəbə olub.

 Dino Ndlovu rəqibin cərimə meydançasının daxilində Dieqo Qodin tərəfindən kobudluğa məruz qalsa da, fransız referi ağdamlıların forvardının simulyasiya etdiyini düşünüb.

Nəticədə o, Ndlovuya ikinci sarı vərəqəni göstərərək afrikalı hücumçunu meydandan qovub.

Bəs, görəsən, hakimin qərarı nə dərəcədə doğru idi? Suala aydınlıq gətirmək üçün Türkiyə Futbol Federasiyasının Hakimlər Komitəsinin sabiq sədri Mustafa Çulcu ilə əlaqə saxladıq.Yenicag.az saytına açıqlama verən "TRT Spor”da yayımlanan "Taktiki Analiz” verilişinin şərhçisi, sabiq FİFA referisi, "Hürriyet” qəzetinin yazarı sualımıza belə cavab verdi:

"Yüz faiz penaltidir! Dino Ndlovu rəqibini aldatdıqdan sonra özünü niyə yerə atsın ki? Dieqo Qodin topa toxunmamış rəqibinin ayaqlarını yerdən kəsir və onu yıxır. Bu, açıq-aşkar penaltidir və əsla simulyasiya deyil. Nəzərə alaq ki, ikili mübarizə zamanı rəqib oyunçuya təmas var. UEFA isə bu cür epizodlarda "sarı vərəqə göstərməyin” deyir. Bir daha deyirəm, bu epizodda penalti təyin edilməli idi”.

Emin Səfərov, yenicag.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300