Türkiyəli yazar intihar etdi

 

Türkiyədə 6 kitab müəllifi olan yazar intihar edib.

 

Hadisə Kocaeli əyalətinin Gebze rayonunda baş verib. Yazar Ayşə Altandan xəbər ala bilməyən dostları polisə müraciət ediblər. Ayşə Altanın yaşadığı ünvana gələn polislər qapını heç kimin açmadığını görəndə, çilingər çağırıblar. Qapı açıldıqdan sonra evə girən polislər hamam otağında qadının asılmış cəsədi ilə qarşılaşıblar. Meyit analiz üçün məhkəmə tibbi ekspertizaya göndərilib.

 

Qeyd edək ki, ixtisasca mühasib olan Ayşə Altan 1 övlad anasıdır. 6 kitab müəllifi olan qadın 1 ay əvvəl "Əskik şeir” kitabının imza gününü keçirib.

 

Gülnar, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300