"Uluyol"un 2 yaşı tamam oldu

Bu gün Ulu Yol xəbər portalının fəaliyyətə başlamasından 2 il ötdü.

Uluyol.info xəbər portalı iki il öncə 18 oktyabr Milli Müstəqillik günü fəaliyyətə başladı. Bu zaman ərzində qarşıya qoyduğumuz hədəflərə tam çata bilməmişik. Reklamsız, maliyyə resurslarının məhdud olması səbəbindən onlarla layihələrimiz var ki,  bu günə qədər yarımçıq qalıb. Eyni adda qəzetin təsisi ilə bağlı bütün prasedur sənədləri Ədliyyə nazirliyinə təqdim etmişik. Amma bir il keçməsinə baxmayaraq hələdə cavab yoxdur.

Bu gün ölkədə təxmini 3000-ə yaxın onlayn mediya var ki, buda rəqabəti çətinləşdirir.Sosial şəbəkələrin olması oxucu ilə əlaqəyə asanlıq yaratsada, daha geniş auditoriyanın mövcudluğu üçün reklam bazarı sağlam olmalıdır. Bu gün problemlərin kökünə gedib, haqqı çatdıran mediya qurumlarına reklam verilməməsi azad rəqabəti aradan qaldıran səbəblərdəndir.

 

Saytın iki il fəaliyyəti zamanı bir neçə dəfə kiber hücuma məruz qaldıq. Hətta, bu yaxınlarda 17 gün sayt "iflic" oldu. Email adresimiz oğurlandı.Hərçənd həmin emaillə domen almışdıq. Məcbur qalıb "biz” domeni ilə davam elədik. Daha sonra "az” domeni ilə qaldığımız yerdən davaya davam dedik. Və hal-hazırda üç domenlə "uluyol" işini davam etdirir(info, az, biz). Gələcək fəaliyyətimizdə bir neçə dildə fəaliyyət göstərməyi planlaşdırırıq. Bütün məhrumiyyətlərə baxmayaraq, bizi ayaqda tutan oxucu güvənidir.


Niyyətimiz ölkədə və dünyada baş verən hadisələri oxuculara qərəzsiz çatdırmaqdır. Bütöv Azərbaycan amalı ilə yaşayan insanlara tribuna, söz demək imkanları yaradan mediya qurumu olaraq növbəti yaşımızda istədiyimiz, haqq etdiyimiz yeri tutacağımıza inanırıq. Məhz saytın sloqanında deyildiyi kimi, "Amalımız olan şeylərə ümid etmirik, İNANIRIQ"

Bütün oxucularımızı 18 oktaybr Milli Müstəqillik günü münasibətilə səmimi qəlbdən təbrik edir, xoş xəbərlərlə xidmətinizdə olmağı arzulayırıq.


Uluyol.az

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300