Oktyabrın 18-də Azərbaycanın Müstəqillik Günüdür. 1991-ci ilin Oktyabrın 18 -də Azərbaycanın sovet imperiyasından ayrılmasını rəsmiləşdirən Azərbaycan Respublikasının müstəqillik haqqında Konstitusiya Aktı qəbul edilib.

Bu gün Müsavat Partiyasının mərkəzi qərargahında Müstəqillik Günü münasibətiylə tədbir keçirilib.

Toplantıda istiqlalçı millət vəkilləri İsgəndər Həmidov, Hacıbaba Əzimov, İsa Qəmbər, Arif Hacılı, Mirmahmud Mirəlioğlu və Füzuli Axundov iştirak ediblər.

Çıxış edən istiqlalçı millət vəkilləri Müstəqillik Aktının qəbul olunmasında qarşılaşdıqları maneələrdən danışıblar.

Vəkillər Müstəqillik Aktının qəbul olunmasına müsbət rəy verən qadın millət vəkili Məryəm Həsənovanın fəaliyyətini xüsusi vurğulayıblar.

İstiqlalçı vəkillər mövcud hakimiyyətin Azərbaycanın müstəqilliyinin qazanılmasında ilk addım hesab olunan Müstəqillik Aktının qəbul olunmasında əməyi olanlara qısqanc münasibətinin mənasız olduğunu, onların ölkə tarixinə verdikləri töhfənin Azərbaycan var olduqca həmişə anılacağını öz çıxışlarında qeyd ediblər.

(Bayram tədbirinin tam videosu reportaja əlavə ediləcək)

Xatırladaq ki, 1991-ci ilin yayında Sovet İttifaqının dağılması ilə Azərbaycan xalqının tarixi ənənələrə əsaslanan müstəqillik ümidləri, bu müstəqillik uğrunda mübarizəsi geniş vüsət aldı.

"Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il avqustun 30-da qəbul etdiyi Bəyannamə bu mübarizənin yekunu oldu. Həmin bəyannaməyə müvafiq olaraq Azərbaycan Respublikasının Ali Soveti 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitutsiya Aktını qəbul etdi.

"Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 2-ci maddəsində təsbit edildi ki, Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.

Könül Alı, Bastainfo.com


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300