Myanmadan Banqladeşə qaçan müsəlmanların sayı 582 min nəfərə çatıb

 

Avqustun 25-dən başlayaraq Myanmadan Banqladeşə qaçan arakanlı müsəlmanların sayı 582 min nəfərə çatıb.

"Azərtac"xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə ali komissarı idarəsinin mətbuat xidməti məlumat yayıb. "Bizdə olan məlumata görə, avqustun 25-dən indiyədək qaçqınların sayı 582 min nəfər təşkil edir”, - deyə mətbuat katibi Andrey Maxeçiç bildirib. Eyni zamanda, Beynəlxalq Miqrasiya Təşkilatı avqustun sonlarından Koks-Bazara 537 min rohinca müsəlmanlarının gəldiyi, bununla da Banqladeşdəki qaçqınların sayının 800 min nəfəri ötdüyü barədə məlumat verib.

Xatırladaq ki, Myanmanın qərbində rohinca xalqına məxsus müsəlmanların yaşadığı Rakhayn ştatında hərbçilərin və silahlıların hücumları nəticəsində minlərlə insan vəhşicəsinə qətlə yetirilib, 200-ə yaxın yaşayış məntəqəsi dağıdılıb. 1970-ci illərdən bəri davam edən müntəzəm hücumlar və etnik təmizləmələr nəticəsində Myanmada yaşayan 2 milyondan çox müsəlmanların 84 faizi qonşu ölkələrə sığınmağa məcbur olub.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300