Bəzi məhkumların cəzalarının təxirə salınması ilə bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir

 

 

Məhkumların cəzalarını çəkməsinin təxirə salınması ilə bağlı dəyişiklik təklif olunur.


APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən Cinayət Məcəlləsinin 79-cu (Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması) maddəsinə dəyişiklik layihəsi irəli sürülüb.

Layihəyə görə, 14 yaşına qədər uşağı olan qadınların, habelə 14 yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərin cəzalarını çəkmələri uşaq 14 yaşına çatanadək təxirə salına bilər.

Hazırda Cinayət Məcəlləsində bu yaş həddi 8-dir.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300