MKİ-nin Türkiyədə casus şəbəkəsi -Xəfiyyə açıqladı

 

Türkiyədə xarici qurumlara xidmət edən çoxlu casus var.

Axar.az bu sözləri "Milliyyət”ə müsahibəsində Milli İstihbarat Təşkilatı Terrora qarşı mübarizə Kollegiyasının keçmiş sədri Məhməd Eymür bildirib.

Eymür qeyd edib ki, 1946-cı ildən bu günə qədər gizli agentlər Türkiyədə nizə atır.

- Türkiyədə casus çoxdur?

- Çox. Türkiyədə xaricilərə çalışan çox insan var. Kədərlidir, amma təəssüf ki, doğrudur. 1946-cı ildən bəri gizli servislər Türkiyədə nizə atır. Mən Ankarada vəzifədə olanda MKİ kimi kəşfiyyat aparan və fəaliyyət göstərən ABŞ Hərbi-Hava Qüvvələrinin Baş Qərargahından bir zabit barədə məlumat əldə etdik və Qərargaha bildirdik. Cavab belə gəlmədi.

- Necə razı salırlar, sadəcə pul, yoxsa?

- Əsasən oğlunu, qızını oxutmaq, ya da pulla. Pullar da çox böyük rəqəmlər deyil. Bizim Savaşman var idi, məsələn, ABŞ-da haradasa zibil təmizləyən işçilərə verilən 500-600 dollar kimi bir pul alırdı.

- Səfirliklərdə, konsulluqlarda çox agent varmı?

- Akkreditə olanlar, yəni stansiya rəisi dediklərimiz məlumdur, amma onlardan başqa heç tanımadığımız insanlar da ortaya çıxır. Keçmişdən bəri bu davam edir. Məsələn, bir ər və arvad var idi, qadın bizim təşkilatla MKİ arasında vasitəçilik edirdi. ABŞ-a gedəndə öyrəndim ki, əri də MKİ-də çalışır.

- MKİ-nin İŞİD-lə əlaqəsi varmı?

- Var. Onlardan "islamdan soyutmaq” üçün də istifadə edirlər. Heç bir təşkilat öz-özünə pulsuz ayaqda qala bilməz.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300