Arif Hacılı: "İsa Qəmbər 16 oktyabrda Azadlıq meydanına niyə gəlmədi?"

Bu sualı həmin gün meydanda olmayanlar da, meydanda olub istintaqda meydana təsadüfən gəldiklərini sübut etməyə çalışanlar da verir. Səmimi olaraq bilmədikləri üçün soruşanlar da var.
Əslində İsa Qəmbərə bu sualı verməyə ən çox haqqı çatan mənəm. Azadlıq meydanına nümayişçiləri mən aparmışam, orada yalnız mən çıxış etmişəm. Əsas təşkilatçı kimi ən ağır cəzaya da mən məhkum olunmuşam.

Amma İsa bəyə bu sualı vermərəm.

Çünki onun niyə gəlmədiyini bilirəm.
Meydanda olarkən bir- neçə dəfə onunla telefonla danışdım. Meydana mikrafonlar qurulduqdan sonra gəlməsinin düzgün olduğunu dedim.
...Dörd gün əvvəl 21- ci əsrdə hələlik Azərbaycanda olan ən çoxsaylı 12 oktyabr mitinqində də belə olmuşdu. Meydana əvvəl mən gəlmişdim. Xalqa ilk müraciətlər edilib, mesajlar verildikdən sonra, mitinq başlanarkən prezidentliyə namizəd gəldi. Qayda belədir.
16 oktyabrda isə mikrafonların qurulmasına imkan verilmədi. Yarım saat keçməmiş meydan dağıdıldı".

 

 
"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300