İranda tarixi "İpək Yolu” məhv edilir –Video

"Təbriz 2018” layihəsi ərəfəsində Azərbaycanın tarixi əsərləri İran rejimi tərəfindən məhv edilir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu, azərbaycanlı fəalların biri tərəfindən yayımlanan videoda aydın görünür.

Görüntülərdə "İpək Yolu” tarixi binalarının əksəriyyətinin rejim tərəfindən hasara alınması, onların açıq-aşkar şəkildə dağıdılması əks olunub.

Yerli əhali uzun illərdir tarixi irs kimi baxdığı bu əsərlərin dövlət tərəfindən mühafizə olunması, hətta bəzilərində təmir-bərpa işlərinin aparılmasını tələb edir. İran rejimi isə onları mühafizə etmək yerinə müəyyən layihələrin həyata keçirilməsi bəhanəsi ilə tarixi əsərlərin üstünə minlərlə ton torpaq tökərək onları sıradan çıxarır.

Qeyd edək ki, Təbriz şəhəri 2018-ci il üçün İslam dünyasının turizm paytaxtı seçilib.

"ULUYOL"

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300