"15-16 oktaybr hadisələri işıqlı gələcək üçün mənəvi mirasdır”

 

2003-cü ilin 15-16 oktyabr hadisələrindən, 14 il ötür. Bu gün sosial şəbəkələrdə həmin hadisələr müzakirə obyektinə çevrilib. Facebukda müzakirələrə səbəb olan bir neçə statusu təqdim edirik:

Rəşadət Axundov: "Bu tarix, işıqlı gələcək üçün mənəvi mirasdır”

Картинки по запросу rəşadət Axundov

 

"15-16 oktyabr 2003 xalqımızın "bizim öz yolumuz var, azərbaycanlılar demokratiyaya hazır deyil” tezisinə tüpürdüyü, ayaq altına aldığı şərəfli gündür. Həmin tarix göstərdi ki, biz özümüzə prezident də seçə bilirik, ideyası və əqidəsi uğrunda nəinki həbsi hətta ölümü və işgəncəni də gözə ala bilirik. Bu tarix, bu xalq üsyanı azad və işıqlı gələcək üçün böyük mənəvi mirasdır”.

Rəşid Hacılı: "Kənar dövlətlər hakimiyyətə kömək etməsə, nəticə çox fərqli olacaqdı”

Картинки по запросу Rəşid hacılı

 

"15 oktyabr bir neçə aylıq çox gərgin prezident seçkiləri kampaniyasının sonu – səsvermə günü idi. Bütün basqı və repressiyalara baxmayaraq müxalifət, xüsusilə də İsa Qəmbərin namizədliyini dəstəkləyən Müsavat Partiyası görünməz fədakarlıqlar edərək hakimiyyəti məğlubiyyətin astanasına gətirmişdi.

Bütün baş verənlərin ümumi palitrasını göstərmək statusda mümkünsüz.Amma əsas oyunçuları göstərmək olar.

Müxalif cinahda şəksiz lider İsa Qəmbər idi.

Hakimiyyət vəfat etmiş Heydər Əliyevi o zaman hələ heç bir siyasi təcrübəsi və nüfuzu olmayan İlham Əliyevlə əvəzləmək üçün bütün qanun pozuntularına getdi.

Bununla belə, hakimiyyətin daxili gücü az idi. Təkbətək Qarşı-qarşıya gəldikdə müxalifətə uduzma şansı çox idi.Kənar dövlətlər bu işdə hakimiyyətə kömək etməsəydilər, nəticə çox fərqli olacaqdı.Əsas rolu bu işdə Putin Rusiyası yerinə yetirdi.Bununla yanaşı həm Amerika, həm Türkiyə rəhbərliyi, eləcə də İranın maraqları məhz İsa Qəmbərin hakimiyyətə gəlməsinin qarşısını almaqda üst-üstə düşürdü.

Əsas səbəblərdən biri təbii ki, bu komandanın milli ruhunun yüksək olmasıydı.

Baş dəstəkçi Putin idi. Artıq 3 il hakimiyyətdə olmuş Putin xeyli güclənmiş, Rusiyanın keçmiş gücünü qaytarmağı qarşısına məqsəd qoymuşdu.Millətçi Müsavat ona heç sərf etmirdi. Necə olursa olsun içlərində Rusiyaya işləyən xeyli üzvləri olan hakim komandanı hakimiyyətdə saxlamaq lazım idi. Üstəlik, qarşıdan gələn neft bumu ərəfəsində milli hakimiyyət Rusiyanın siyasətinə heç uyğun deyildi.

Rusiyanın əli uzun idi. Onun qarşısını almaq mümkünsüz görünürdü.
Belə olan halda həm Türkiyə, həm də ABŞ vəziyyəti gərginləşdirməmək, Rusiyanın hesabına qalib gəlmək imkanı çox olan İ.Əliyevə mane olmamaq qərarına gəldilər.

Hakimiyyətlə artıq xeyli işlər görmüş, yeni gələcək adamlara hesabat vermək istəməyən Neft şirkətləri (BP, Exxon, Mobil və başqa şirkətlər) hakimiyyətin güclü lobbisi rolunu oynadılar məhz bu işdə.
O səbəbdən də, neft şirkətləriylə yaxın olan ABŞ dövlət katibinin köməkçisi Armitaj vasitəsiylə ABŞ Rusiyanın yardımıyla seçkilərin kütləvi saxtalaşdırılmasına və etirazların qəddarlıqla yatırılmasına göz yumdu.

Rusiyanın məsləhətiylə keçirilmiş 15 və 16 oktyabr qəddarlıqları öz təsir gücünə və psixoloji effektinə görə 1990-cı ilin 20 yanvar hadisəsiylə müqayəsə oluna bilərdi.Bu faktiki olaraq çevriliş idi. Xalqın iradəsinin total əzilməsi idi.

Xalqın etiraz və seçim ruhunun, dinc dəyişikliklərə inamının amansızlıqla qırılmasıydi.
Xüsusilə, 16 oktyabrdakı vəhşiliklərin törədilməsinə Azərbaycanın başında duran şəxslərin əmr verdiklərinə imanmağım gəlmir.

Məhz həmin dövrdə Rusiya Təhlükəsizlik Şurasının o zamankı katibi Ruşaylo, FSB rəhbəri və yüksək rütbəli məsul şəxsləri, əks-kəşfiyyat işçiləri Bakıda oturmuşdular.

Qisa zamanda ölkədə uzun sürən repressiyalar başladı. Bu repressiyalar 2005-ci ilədək artan xətlə davam etdi”.

Yadigar Sadıqov: "…Sanki başqa vaxt qəhət idi”

Картинки по запросу yadigar sadıqov

 

"14 il öncə bugün, bu saatlarda seçki məntəqələrində səslərin sayılması zamanı misilsiz həyasızlıqla üz-üzə idik. Müşahidə imkanı sıfır səviyyədə idi. Xüsusi inadkarlıq göstərənlər müxtəlif bəhanələrlə həbs edirdilər. Məlum olurdu ki, hansısa müsavatçı məhz bu həlledici məqamda komissiya üzvü və ya müşahidəçi olan YAP-çı xanımı zorlamaq "istəyib”. Sanki başqa vaxt qəhət idi.

Komissiya üzvü olan müsavatçılara protokolları imzalatdırmaq üçün ağlagəlməz təzyiqlər edilir. İnsanlartualetə getmək bəhanəsi ilə və ya pəncərədən tullanaraq məntəqəni tərk edirdilər. Bəzi üzvlərimizi türmədən dustaq qaçıran kimi qaçırırdıq. Küçədə maşın gözləyir, qaç min, filan. O zaman çoxunun mobil telefonu yox idi. Onlarla lap çətin olurdu. Bəzilərinin taleyini heç özümüz günlərlə bilmirdik. Çünki təhlükəsizlik səbəbi ilə gecələri başqa yerdə keçirirdilər. Onları tapmayan polis qardaşını, atasını girov götürürdü. Dəhşətli gün idi. Heç bir müsavatçının can güvənliyi yox idi. Biz bunları yaşayarkən ABŞ-dan Armitac zəng edib İlham Əliyevi təbrik etdi. Rusiya nümayəndələri Bakıda oturub ertəsi günün cəza əməliyyatını hazırlayırdılar .
Azərbaycanı Gürcüstanla, İsa Qəmbəri Saakaşvili ilə müqayisə edənlər bunları da nəzərə alsınlar. Yoxsa elə "o çıxdı, bu çıxmadı” kimi səthi düşünməsinlər .

Fərəc Kərimli: "O vaxt bizi meydanda tək qoyanlar…”

ferec Kerimli

 

"2003-cü il 15-16 oktyabr hadisələrindən 14 il ötür.O vaxt bizi seçkiqabağı və seçkidən sonrakı dönəmdə tək qoyanlar, hakimiyyətlə razılaşmaya getmiş namizədin xeyrinə seçkilərdən namizədliyini geri çəkənlər, hakimiyyətin boyunduruğu altında olub sonradan hakimiyyət içində postunu saxlaya bilməyənlər indi bizə qarşı ən həyasızcasına şər-böhtan atırlar. Həm də 2003-cü ildəki hadisələri saxta formada təqdim edərək.

Bu şər-böhtan kampaniyasında isə ya o vaxt rejimə qarşı mübarizə aparmamış, ya həmən hadisələrə yaşının az olması səbəbiylə şahid olmamış, ya da müstəsna həyasızlıqla yalan danışmağa vərdiş etmiş adamlardan istifadə edirlər. AZTV-ni saxtakarlıqda geridə qoyblar. Həyasızcasına uydururlar ki, Azadlıq meydanına onminlərlə insan toplaşıb və İsa Qəmbər də xalqı meydanda qoyub qaçıb. Təəssüf ki, bəziləri də bu yalanlara inanır. Əvvəlla İsa Qəmbər meydanda xalqı qoyub qaçmayıb. Həmən gün hadisələr çox sürətlə inkişaf etdi. Oktyabrın 16-da Bulvarda indiki "saat qülləsi”nin yanında mitinqimizin başlamasına xeyli qalmış hakimiyyətin xalqa qarşı istifadə etdiyi zorakı qüvvələrlə onların zor tətbiq etməsiylə qarşıdurmaya getdik və qəzəblənmiş xalq bir neçə dəqiqənin içində Azadlıq meydanına daxil oldu. Müsavat Partiyasının indiki başqanıArif Hacılıbaşda olmaqla Müsavat rəhbərliyi, İsa Qəmbərin vəkilləri də meydana daxil oldu. Heç 1 saat keçməmiş də minlərlə qoşun yeridib meydanı dağıtdılar.

Sonra şəhərin ayrı ayrı yerlərində bir neçə dəfə qarşıdrmalar oldu. Meydanda nə qədər adam olduğunu və bizə qarşı nə qədər qoşun çıxarıldığını paylaşdığım şəkillərdən görə bilərsiniz. Bu etirazların yatırılması zamanı müsavatçı Həmidağa Zahidov şəhid oldu, yüzlərlə insan yaralandı, gənc Alqayıt Məhərrəmov həbsxanada dünyasını dəyişdiyi, Müsavat rəhbərliyi və müttəfiqlərinin çoxu həbs olundu. 15-16 oktyabr hadisələri zamanı 3000 adam həbs edildi, 800 nəfərə cinayət işi açıldı. Yenə də qorxmadıq, yorlumadıq, haqq-ədalət uğrunda mübarizəmizi davam etdirdik. Bu gün də mübarizəmiz davam edir.

2018-ci il Cümhuriyyətin 100-cü ildönümündə Müsavat Partiyası 15 il sonra yenidən prezident seçkilərinə hazırlaşır. Siz də hazırlaşın! Gələn il 2003-cü ildəkindən daha yaxşı təşkilatlanmış formada seçkiyə gedəcəyik və Cümhuriyyətin 100-cü ilində Azərbaycanda Əliyevlər hakimiyyətini Müsavat hakimiyyəti əvəz edəcək.
Bu vətən bizimdir! Vətənimizə sahib çıxaq!”

(bastainfo.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300