"Biz müharibəyə Ermənistanın tərəfində daxil olacağıq”

 

Əgər təşkilatın ən yüksək orqanı olan Şura tərəfindən qərar ediləcəksə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) iyirmiminlik sürətli operativ güc qruplaşması Ermənistana hərbi kömək göstərməyə hazır olacaq.

"Azadlıq” radiosu erməni redaksiyasına istinadən bildirir ki, bunu bir gün əvvəl jurnalistlərlə görüşdə KTMT-nın Birləşmiş qoşunlarının qərargah rəisi Anatoli Sidorov deyib.

İnformasiyaya əsasən, general-polkovnik Sidorov blokun təlimlərində iştirak üçün Ermənistandadır. Bir gün əvvəl "Baqramyan” poliqonunda KTMT-yə üzv dövlətlərin hərbi kəşfiyyat güclərinin ikigünlük birgə "Axtarış-2017” təlimləri başa çatıb.

"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına gəlincə, o, təşkilatın nizamnaməsinə və başqa normativ-hüquqi sənədlərə uyğun olaraq, müstəqilliyin müdafiəsi və təşkilatın üzv dövlətlərinin ərazi bütövlüyü üçün nəzərdə tutulub. Bu, dövlət rəhbərliyinin müraciəti üzrə olur və qərar KTMT-nın Şurası tərəfindən qəbul edilir.

Əgər dövlətlərdən birinə real kömək lazım olacaqsa, onda kollektiv güc qoşunları gəlməyə və kömək göstərməyə hazır olacaq… Və Ermənistanda da şübhələr olmamalıdır. Bizdə 20 mindən çox yüksək səviyyədə hazırlanmış hərbi qulluqçu var. Bunlar əsasən, xüsusi təyinatlı bölmələrin hərbi qulluqçularıdır. Burada dağ atıcılığı, desant-hücum, hava-desant birləşmələri, hissələri və bölmələri var, hansılar ki, qarşılarına qoyulmuş istənilən tapşırığı yerinə yetirməyə qadirdirlər”, – general Sidorov bildirib.

Qeyd edək ki, oktyabrın 9-dan 13-dək Ermənistanda Kollektivin sürətli operativ güc qruplaşmasının, eləcə də Ermənistan və Rusiya silahlı qüvvələrinin Birləşmiş qoşunlarının iştirakı ilə ” KTMT-nın Qarşılıqlı təsir” adlı birgə təlimlərləri keçiriləcək.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300