ABŞ-ın dövlət katibi Tillersonun Bərzaniyə göndərdiyi GİZLİ MƏKTUB...

ABŞ-ın Məsud Bərzaniyə verdiyi vəd deşifrə olundu

ABŞ-ın dövlət katibi Reks Tillersonun məlum referenduma 2 gün qalmış İraq Kürd Muxtar Vilayətinin rəhbəri Məsud Bərzaniyə göndərdiyi məktubun tam mətni ortaya çıxıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tillerson məktubda Bərzaninin Bağdadla bağlı ABŞ-ın da dəstək verdiyi müzakirələrə son bir şans tanımasını təklif edib.

"ABŞ BMT-nin dəstəyi ilə nəzərdə tutulan bir illik danışıq müddətində sizə kömək etməyə hazırdır”– deyə məktubda qeyd edilir.

Bundan başqa, məktubda Ərbil ilə Bağdad arasındakı gəlir və torpaq anlaşmazlıqlarının aradan qaldırılması, Kərkükdə də referendumu nəzərdə tutan konstitusiya maddəsinin tətbiq olunması vəd edilir.

"Görüşün, anlaşa bilməsəniz, referendumu tanıyacağıq”

Məktubun ən diqqətçəkici məqamı isə ABŞ-ın dövlət katibinin verdiyi vəddir. Tillerson yazır ki, İraq ilə İKMV arasında aparılacaq danışıqlar sonrasında razılıq əldə olunmasa, ABŞ kürdlərin keçirdiyi referendumu tanıyacaq:"Əlbəttə, bu prosesin sonunda danışıqlar nəticəsiz qalarsa, istənilən nəticəyə çatılmazsa və ya rəsmi Bağdad tələblərinizə qarşı çıxarsa, keçirilən referendumu tanıyacağıq”.

Tillersonun 23 sentyabr 2017-ci il tarixli məktubunun tam mətni:

"Hörmətli cənab Prezident Məsud Bərzani, bu məktubu sizə və Kürdüstan Bölgəsi xalqına bəslədiyimiz dərin hörməti ifadə etmək üçün ABŞ adına qələmə alıram. On illər boyu birlikdə tarixi bir əlaqəni inkişaf etdirdik və bu əlaqənin önümüzdəki on illər boyu güclənməsini arzu edirik və Amerika olaraq biz buna sadiqik. Xüsusilə son üç ildə qurduğumuz güclü əməkdaşlıq bu əlaqələri daha da möhkəmləndirdi. Sizin İraqın təhlükəsizlik gücləriylə tam əməkdaşlıq etmək istiqamətindəki cəsur qərarlarınız, İŞİD-ə qarşı aparılan mübarizəni daha da gücləndirdi. Terrora qarşı ortaq mübarizəmizə dəstək verən peşmərgələrə dərin hörmət hissi duyuruq və fədakarlıqlarını heç zaman unutmayacağıq.

25 sentyabrda İKMV-nin gələcəyi üçün önəmli addım olan referendum məsələsi var. Biz bununla bağlı bütün narahatlığımızı ifadə etmişik. Bu qayğılar İraqda keçiriləcəyi gözlənilən hərbi əməliyyatlar da daxil olmaqla, İŞİD-ə qarşı davam edən mübarizə, nəticəsinin necə olacağını bilmədiyimiz regional mühit və İŞİD-in tam məhv edilməsinin zəmanətindən ibarətdir. Bu məzmunda sizdən məqsədlərinizə nail olmaq və İŞİD-ə qarşı aparılacaq döyüşlərin ardından sabitlik ilə sülhün təmin edilməsi üçün təklif etdiyimiz alternativi qəbul etmənizi xahiş edirik.

Qeyd etdiyimiz alternativ təklif baş nazir İbadinin rəhbərliyi altında mərkəzi İraq hökuməti ilə yeni və sürətləndirilmiş danışıqlardan ibarətdir. Bu sürətləndirilmiş danışıqlar mərhələsinin bir ildən uzun sürməməsi nəzərdə tutulur. Bundan başqa, digər məqsəd Bağdad ilə Ərbil arasında yaranmış bütün anlaşmazlıqların həlli və əlaqələrin gələcəkdəki rolunu müəyyən etməkdən ibarətdir. Eyni zamanda, biz təcili maliyyə təhlükəsizliyinə olan ehtiyaclarınızı da həll etməyə çalışacağıq.

Bundan əlavə, müzakirələr prosesinə dəstəyimizi daha da açıq şəkildə göstərmək üçün irəli sürdüyümüz bu təklifin ən qısa müddət ərzində BMT Təhlükəsizlik Şurasının təsdiqə almasına, BMT-nin və İngiltərə ilə Fransa kimi kritik ortaqlarımızın da bu məsələdə yaxından iştirakının təmin edilməsinə hazırıq. Bu prosesin ciddi nəticələrinin olacağına və hətta əksinə, sizin məqsədlərinizə daha tez çatmağınıza yardım edəcəyinə inanırıq. Əlavə olaraq bildirim ki, belə bir fürsət nadir hallarda ələ düşür.

Əlbəttə, prosesin sonunda danışıqlar qarşılıqlı olaraq qəbul edilə bilər. Lakin, bir nəticə əldə edilməzsə və ya Bağdadın danışıqları rədd etməsi səbəbilə uğursuzluq yaşanarsa, keçirdiyiniz referendumu tanıyacağıq”.

Toğrul İsmayıl, musavat.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300