Dünyada yeni bəla:Gəncləri zombiyə çevirən narkotik maddə...

 

"Flakka” adlı yeni sintetik narkotik maddənin yayılması ilə bağlı bir çox ölkələr həyəcan təbili çalır. Dünyada sürətlə yayılan bu narkotik maddə Alpha-PDP kimyəvi maddələrinin birləşməsindən hazırlanır. İri duz kristalına bənzəyən Flakka artıq Türkiyəyə də gəlib çatıb.

 

Olduqca ucuz qiymətə satılan bu narkotik maddəni qəbul edən insanlar adətən zombini xatırladır. Anlaqsız vəziyyətdə olan insan başqalarına zərər verməyə meyilli olur. Başqalarına zərər verməklə yanaşı, bu maddəni qəbul edən şəxs özündən asılı olmayaraq intihara da meyilli olur.

Bu narkotik maddənin ucbatından son bir il ərzində xeyli sayda cinayətlər baş verib. İlk olaraq ABŞ-da bir gənc bu maddənin təsiri atında iki həmyaşıdını faciəvi şəkildə öldürdü. Daha sonra 2012-ci ildə 19 yaşlı bir gənc yeni evlənmiş bir cütlüyü öldürərək onların üzlərinin dərisini soyaraq yemişdi. Hadisə yerinə gələn polislərdə gördüklərindən şoka düşmüşdülər.

Anormal davranışlar sərgiləyən gənc, hadisə vaxtı polislərə də hücum etməkdən çəkinməmişdi. Xeyli müqavimətdən sonra dörd polis bu gənci zərərsizləşdirə bilmişdi. Qatilin polis bölməsinə gətirilib sorğu-sual edilməsi zamanı o, öldürdüyü adamları tanımadığını və onları niyə öldürdüyünü bilmədiyini demişdi. Həkimlər gənci test edəndən sonra bədənində bu maddənin heç bir izinə rastlanmadığını bildirmişdilər. Lakin həkimlər gəncin "Flakka” adlı maddədən istifadə etdiyini israrla qeyd edirdilər.

Son bir ildə daha çox Braziliyada rast gəlinən bu narkotik maddə xeyli sayda gəncin həyatını məhv edib.

 

Gənclərin həyatını məhv edən "Flakka” haqqında məlumatlar:2011-ci ildə ABŞ-ın Florida ştatında meydana çıxan Flakka adlı bu narkotik Alpha-PVP adlı kimyəvi maddələrdən hazırlanır. Bu maddəni qəbul edən insanın bədənində yüksək hərarət olur və dopamini aşağı salır. Beyin funksiyaları sıradan çıxır və insan anlaqsız vəziyyətə düşür. Görünüşü duza bənzəyən Flakkanın istifadəsi digər narkotik maddələr kimidir. Bu maddəni qəbul edən insanın ilk olaraq ürək döyüntüləri sürətlə artmağa başlayır, daha sonra özünü bir qəhrəman kimi hiss etməyə başlayır və özünü idarəetmə qabiliyyəti sıradan çıxır.

Sosial şəbəklərdə də olduqca geniş müzakirələrə səbəb olan bu narkotik maddənin gəncləri nə hala salmasını sübut edən video görüntülər də paylaşılır. Qardaş ölkə Türkiyədə də son zamanlar geniş yayılan bu bəlanın qarşısını almaq üçün mübarizə aparılır. İlk olaraq Türkiyədə 2012-ci ildə bu narkotik vasitənin təsirində olan bir gənc İstanbulun Taksim meydanındakı Atatürkün abidəsinin üzərinə çıxaraq özünü aşağı atmışdı.

Turan Oruc, musavat.com


 

 

Картинки по запросу flakka uyuşturucusuКартинки по запросу flakka drogaКартинки по запросу florida state student eats faceOlay sonrasında gelen bilgiler ışığında, katil zanlısı ve maktullerin birbirini tanımadığı belirtildi.Картинки по запросу Zombiye Dönüştüren Korkunç Uyuşturucu: FlakkaКартинки по запросу Zombiye Dönüştüren Korkunç Uyuşturucu: FlakkaКартинки по запросу Zombiye Dönüştüren Korkunç Uyuşturucu: FlakkaКартинки по запросу Zombiye Dönüştüren Korkunç Uyuşturucu: FlakkaКартинки по запросу does flakka look like

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300