Tarix dərsliyində uydurma "Böyük Ermənistan"–a etiraz olaraq Bütöv Azərbaycan Ocaqları BƏYANAT yaydı

Bütöv Azərbaycan Ocaqları (BAO) tarix dərsliyində uydurma "Böyük Ermənistan"ın qondarma xəritəsinin təsvirinin verilməsinə etiraz olaraq bəyanat yayıb. Bəyanatın mətni aşağıdakı kimidir:

 

Bütöv Azərbaycan Ocaqlarının (BAO)

        Bəyanatı

Məlumdur ki, Azərbaycan Respublikası orta məktəblərinin rus bölmələrinin 10-cu sinifləri üçün "Şərq-Qərb” nəşriyyatı tərəfindən nəşr olunmuşvə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Ümumi tarix” dərsliyində ermənilərin uydurduğu "Dənizdən-dənizə Böyük Ermənistan”ın qondarma "xəritə”si təsvir olunmuşdur.

Biz, Bütöv Azərbaycan Ocaqları (BAO) olaraq hesab edirik ki, adı çəkilən dərslikdə uydurma "Dənizdən-dənizə Böyük Ermənistan”ın qun­dar­ma "xəritəsi”nin təsvir olunması milli dövlətçilik maraqlarımıza ciddi zərbələr vurmaqla anti-Azərbaycan və anti-Türk qüvvələrin mənafeyinə xidmət edir. Qərbin uydurma tarixçiliyinə əsaslanaraq qədim Azərbaycan-Türk torpaqlarını "Böyük Ermənistan”ın və ya "Armeni­ya”­nın tərkib hissəsi kimi göstərmək yolverilməzdir. Bu fakt bir daha göstərir ki, Azər­bay­canda yeni milli tarix konsepsiyasının, eyni zamanda orta və ali məktəb dərslikləri üzərində lazımi nəzarətin olmaması anti-Azərbaycan və anti-Türk ünsürlərin mənfur əməllərinin dərslikləri­mizə də yol tapmasına səbəb olmuşdur.

Biz, Azərbaycan Respublikası Təhsil Nazirliyindən adı çəkilən dərs­li­yin dərhal tədrisdən çıxarılmasını, onun sifarişçilərinin, icraçılarının, o cümlə­dən dərsliyin müəlliflərinin ciddi şəkildə cəzalandırılmasını və tarix dərsliklərinin yeni milli konsepsiya əsasında yazılmasını tələb edirik.

 

Bütöv Azərbaycan Ocaqları

Bakı, 14.10.2017.

 

"ULUYOL"

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300