Ukraynada saxlanılan jurnalist ''sərhədi qanunsuz keçmə''də ittiham olunur

 

Ukrayna Sərhəd Xidməti Niderland Krallığı vətəndaşı olan Fikrət Hüseynlinin saxlanıldığını təsdiqləyib

 

Oktyabrın 14-də səhər saatlarında "Turan TV"nin əməkdaşı jurnalist Fikrət Hüseynli Ukraynanın paytaxtı Kiyev şəhərindən Almaniyanın Düsseldorf şəhərinə səyahət edən zaman Ukrayna Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Jurnalistə bildirilib ki, o, Azərbaycan tərəfinin tələbi ilə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. Fikrət Hüseynli Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra Ukrayna polisinə təhvil verilib.

 

Hazırda sənədləşmə işləri aparılır. Bu barədə Ukrayna Sərhəd Xidmətinin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilir.

 

Fikrət Hüseynli isə Meydan TV-ə açıqlamasında bildirib ki, Nəsimi rayon Polis İdarəsində bir neçə il əvvəl barəsində cinayət işi açılıb: "Məni indi Cinayət Məcəlləsinin 318-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 178-ci (Dələduzluq) maddələri ilə ittiham edirlər".

 

Fikrət Hüseynli həbsini "siyasi sifariş" adlandırır və jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu deyir. O, həmçinin açıqlamasında bildirib ki, onu da Əfqan Muxtarlı kimi Azərbaycana aparmaq istəyirlər.


Fikrət Hüseynlinin Niderland passportu

 

Fikrət Hüseynli Niderland Krallığının vətəndaşıdır. Saxlanılması ilə bağlı artıq Niderland Xarici İşlər Nazirliyinə və Sərhədsiz Reportyorlar Təşkilatına məlumat verilib, hər iki qurum məsələni diqqət mərkəzinə götürüb.

 

Sərhədsiz Reportyorlar Təşkilatının Ukrayna burosunun rəhbəri Oksana Romaniyuk öz şəxsi "facebook" səhifəsində bildirib ki, əgər jurnalist həbs olunsa, bu, repressiyanın əlamətlərini özündə əks etdirəcək və Ukraynada ikinci belə hal baş verəcək: "Digəri bir neçə müddət əvvəl Özbəkistandan olan jurnalistin başına gətirilmişdi".

 

Fikrət Hüseynli ötən əsrin 90-cı illərindən Azərbaycanda jurnalist kimi fəaliyyət göstərib. Ölkədə sonuncu iş yeri "Azadlıq" qəzeti olub.

 

Onun 2006-cı il martın 5-dən 6-na keçən gecə Bakı şəhəri Badamdar qəsəbəsi ərazisində maskalı şəxslər tərəfindən oğurlanaraq işgəncələrə məruz qaldığı, bıçaqlandığı bildirilir. 2008-ci ilin əvvəlində davamlı təzyiqlərə məruz qalması, jurnalist fəaliyyətinə görə həyatına real ölüm təhlükəsi olması səbəbindən Azərbaycanı tərk etdiyi deyilir. Həmin ildən Nederland Krallığında siyasi mühacir kimi yaşayır və Avropada fəaliyyət göstərən "Turan TV”-də çalışır.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300