Rusiyada yaşayan nüfuzlu azərbaycanlı oliqarx, "İSR Holding” şirkətlər qrupunun prezidenti İsgəndər Xəlilov bu gün gözlənilmədən Azərbaycanın Neftçala rayonuna səfər edib.

Virtualaz.org saytının bölgə müxbirinin verdiyi xəbərə görə milyarder Neftçalada onun holdinqinə məxsus olan "Azəryod” ASC-yə baş çəkib. Maraqlıdır ki, oliqarxın Neftçalaya səfəri haqda heç rayon icra hakimiyyətinin başçısının da xəbəri olmayıb. İcra hakimiyyətinin başçısı İsmayıl Vəliyev səfərdən ancaq İ.Xəlilovun rayonu tərk etməsindən sonra xəbər tutub.

Müxbirimiz xəbər verir ki, İ.Xəlilov yod zavodunun işçiləri ilə söhbət edib. Hazırda dünya bazarlarında yodun qiymətinin kəskin aşağı düşməsi nəticəsində müəssisə böhranlı günlərini yaşayır. İ.Xəlilov zavodun istehsal sahələrini də gəzib. Milyarder zavodun rəhbərliyinə göstəriş verib ki, mövcud mürəkkəb vəziyyətə baxmayaraq müəssisənin 250 işçisindən bir nəfəri də işdən azad etməsin.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300